Hikmət Hacıyev: “Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır”
Yusif Nəzərli
10:38 16.10.2021
Siyasət
322
“Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır”.
Bunu Suqovuşanda Trend-ə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O vurğulayıb ki, Azərbaycan Respublikası delimitasiya və demarkasiya prosesinə hazırdır. Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasında Azərbaycanın bununla bağlı mövqeyini açıqladı:
“Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasına və delimitasiya prosesinə başlamağa hazırdır. Sülh müqaviləsi ilə bağlı prosesdə isə ilk növbədə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır”.
Kommunikasiya xətlərinin açılması məsələsindən də danışan Hikmət Hacıyev bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli müzakirələr aparılır: “Bu istiqamətdə intensiv görüşlər keçirilib, amma Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır”.
Qeyd edək ki, oktyabrın 16-da diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri təşkil olunub. Səfərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.
Bu, diplomatik korpus nümayəndələrinin azad olunmuş ərazilərə sayca 7-ci səfəridir. Budəfəki səfərdə məqsəd azad olunmuş ərazilərdə Ermənistanın törətdiyi dağıntılarla yanaşı, aparılan quruculuq işləri ilə də tanışlıqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət