Hikmət Hacıyev İordaniya ilə əlaqələrdən danışdı
Yusif Nəzərli
15:36 12.06.2025
Siyasət
338
Azərbaycan ilə İordaniya arasındakı münasibətlər bütün səviyyələrdə və sahələrdə güclü və dərindir.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İordaniyanın PETRA xəbər agentliyinə müsahibəsində bildirib.
Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevlə İordaniya Kralı II Abdullah arasında yaxın və davamlı qarşılıqlı əlaqələri ikitərəfli əməkdaşlığın əsas təməli kimi qiymətləndirib.
Prezidentin köməkçisi, həmçinin ötən il Krallığın Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullahın Bakıya səfərini və COP29 çərçivəsində dövlətimizin başçısı ilə görüşünün əhəmiyyətini vurğulayıb. O, görüşdə aparılan müzakirələri ikitərəfli əməkdaşlığın irəli aparılması üçün məhsuldar və mühüm addım kimi dəyərləndirib.
H.Hacıyev qeyd edib ki, hər iki ölkə beynəlxalq platformalarda sıx koordinasiyanı davam etdirir və qarşılıqlı maraq doğuran məsələlərdə, o cümlədən Fələstin məsələsində ortaq mövqe sərgiləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya
Tramp BƏƏ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
20:26 18.08.2026
Gündəm