Hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışlar açıqlanıb
Yusif Nəzərli
07:40 15.03.2024
Siyasət
478
Hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışlar açıqlanıb.
Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib ki, .
Baş nazir deyib ki, hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışlar aşağıdakılardır:
- Yeni inkişaf mərhələsindəki hədəflərə çatmaq üçün “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası və maliyyə təminatının yaradılması vacib vəzifələrdən hesab olunur.
- Müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcəkdir. Dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaqr.
-Əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıdışı təmin olunmalıdır.
- Qarabağ və Şərqi Zəngəzur qeyri-neft iqtisadiyyatının inkişafında yeni drayverlərdən biri olacaq.
- İqtisadi sahədə aparılacaq islahatlar çərçivəsində sağlam rəqabətə əsaslanan, şəffaf və sağlam biznesin inkişafı ilə bağlı zəruri addımlar atılacaq. Məhz rəqabət məcəlləsinin qəbul olunması və dövlət-özəl tərəfdaşlığının təşviqi iqtisadi artımın sürətlənməsinə əlavə zəmin yaradacaq.
- Eyni zamanda cənab Prezidentin Sərəncamı ilə səkkiz dövlət müəssisəsinə özəl investisiyaların cəlb edilməsi bu prosesə təkan verəcəkdir.
- Ölkədə pul və kapital bazarlarının inkişafının dəstəklənməsi, qiymətli kağızlar bazarında investisiyaların cəlbediciliyinin artırılması və ümumən investisiya aktivliyinin yüksəldilməsi istiqamətində zəruri işlər davam etdirələcəkdir.
- Büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin əhatə dairəsinin genişləndirilməsi və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlar sürətləndiriləcək.
- Prezidentin Hökumət qarşısında qoyduğu əsas vəzifələrdən biri də yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün azərbaycançılıq prinsiplərini özündə ehtiva edən innovativ müasir təhsilin və elmin, sağlam cəmiyyətin və texnoloji inkişafin təşviq edilməsi əsas şərtlərdir.
- Dünyada gedən geosiyasi proseslər ölkəmizin nəqliyyat infrastrukturuna olan ehtiyacı daha da artıracaq. Bu sahədə qəbul olunmuş proqramlar Azərbaycanın tranzit-logistika potensialının genişləndirilməsinə və tranzit yükdaşımaların təşviqinə imkan verəcəkdir.
- Prezidentin Hökumət qarşısında qoyduğu hədəflərdən biri də 2030-cu ilin sonunadək Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji istehsalına nail olmaqdır. Eləcə də ölkəmiz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerji ixrac edən vacib tərəfdaşlardan biri olmağı planlaşdırır.
- Məhz cənab Prezident tərəfindən aparılan məqsədyönlü və uğurlu yaşıl enerji siyasətinin nəticəsidir ki, COP29 beynəlxalq konfransının Bakıda keçirilməsi qərara alınmışdır. Bu beynəlxalq birliyin Azərbaycana olan böyük hörmət və etimadının bariz göstəricisidir.
Baş nazir qeyd edib ki, bütün bu vəzifələrə və hədəflərə nail olmaq üçün dayanıqlı və diversifikasiya olunmuş iqtisadiyyatın inkişafı təmin edilməlidir: “Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, Möhtərəm cənab Prezidentin söylədiyi kimi “bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir və öz siyasətini də buna uyğun şəkildə aparır. Fürsətdən istifadə edib qarşıdan gələn Novruz Bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, cansağlığı və xoşbəxtlik arzulayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniyada “Ebola” peyvəndinin klinik sınaqlarına başlanılır
14:14 13.07.2026
Dünya
İran öhdəliklərini yerinə yetirməyi dayandırdı
14:07 13.07.2026
Region
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya
Lavrov Tehrana səfər edəcək
12:34 13.07.2026
Region
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
12:10 13.07.2026
Rəsmi
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:04 13.07.2026
Rəsmi
Moskvaya doğru 350 PUA buraxıldı
11:57 13.07.2026
Dünya
Ağrı dağında itkin düşən qadından acı xəbər
11:39 13.07.2026
Hadisə
Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
11:21 13.07.2026
Gündəm