İki versiya var, təxribatları körükləyirlər
Yusif Nəzərli
06:44 16.10.2021
Siyasət
428
Qarabağdan atəş səsləri tək revanşistlərin işi deyil, Rusiyanın kölgəsi görünür
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki qanunsuz erməni silahlılarının təxribatları intensiv hal almaqdadır. Oktyabrın 14-də erməni quldurları tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev şəhid olub. Hadisədən bir gün sonra qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatçı cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər:
“Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir. Terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaq”. Xatırladaq ki, üç gün əvvəl də erməni separatçıları Tərtərin Suqovuşan qəsəbəsindən Kəlbəcər istiqamətinə hərəkət edən mülki avtomobilə atəş açmışdılar. Hesab edilir ki, son günlər tərəflər arasında təmasların artdığı, Rusiyanın vasitəçiliyi ilə görüşlərin keçirildiyi vaxtda qanunsuz erməni hərbi dəstələri tərəfindən terror əməllərinin törədilməsi məqsədyönlü təxribatdır.
Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, üçtərəfli bəyanatın icrasına əngəl yaratmaq siyasətinin növbəti sübutudur.
Putin-Paşinyan görüşündən əvvəl və sonra separatçı terror dəstəsinin aktivləşməsi müəyyən suallar doğurur. Məsələ ondadır ki, başıpozuq erməni dəstələrinə verilən silah-sursat Azərbaycan əsgərinə deyil, rus sülhməramlılarına və Qarabağdakı mülki əhaliyə də təhlükə yaradır. Şübhə yox ki, Azərbaycan tərəfi terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələri üçün bütün zəruri addımları çəkinmədən atacaq.
Qarabağda ardıcıl baş verən təxribatları “Şərq”ə dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov iki versiya önə sürüb. Analitik vurğulayıb ki, birincisi, Rusiyanın özündə də Azərbaycana münasibət birmənalı deyil. İkincisi isə Ermənistan bu təxribatı körükləyir:
“İkinci versiya zəif iddiadır, hərçənd Ermənistan əlinə fürsət düşdüyü təqdirdə revanşist addımlarla hərəkət edə bilər. Amma Ermənistan üçün indi belə fürsət yoxdur. Birinci variant isə daha məntiqli səslənir. Ermənistanla Qarabağdakı separatçılar arasında koordinasiya olmadığına, daha doğrusu, İrəvan Qarabağdakı quldurlara diktə etmək səlahiyyətindən məhrum olduğuna görə təxribata əl atırlar.
Təbii ki, onların təxribatı üçün qidalandırıcı mənbə Rusiyadakı hansısa siyasi dairələrdir. Ümumilikdə isə ən azından məsuliyyət məsələsini nəzərə alıb Rusiyanı təqsirləndirmək olar”.
Politoloq Qabil Hüseynli də hesab edir ki, 10 noyabr bəyanatına uyğun olaraq, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini tərk etməsi vacibdir. Əks halda mütləq anti-terror əməliyyatı qaçılmaz olacaq. Ekspertin fikrincə, bu məsələdə Rusiya sülhməramlılarının məsuliyyəti kifayət qədər yüksəkdir:
“Regionda əmin-amanlıq naminə aparılan siyasətə qarşı ciddi təxribatlar müşahidə olunur. Rus sülhməramlılarının müşayiət etdiyi mülki karvanı qanunsuz erməni birləşmələri necə atəşə tutur? 44 gündə darmadağın edilən erməni separatçıları hansı cəsarətlə snayperlə əsgərimizi şəhid edir? Rusiyanı birbaşa ittiham etməkdə çətinlik çəkirəm. Moskva sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması və “Altılıq platforması”nın qurulmasında ortaya siyasi iradə qoyub. Bunu İran XİN rəhbərinin Moskvaya səfərində də müşahidə etdik. Ancaq istisna deyil ki, Rusiyadakı ayrı-ayrı qruplar erməniləri bu cür terrorçu hücumlara cəsarətləndirir”.
Q.Hüseynli təxribatların Azərbaycan və Ermənistan XİN başçılarının görüşü zamanı baş verməsinə də diqqət çəkib:
“Bölgədə sülhün əldə edilməsini istəməyən qüvvələr aktivləşir. Təəssüf ki, ermənilər ənənəvi olaraq hansısa qüvvələrin əlində vasitə olmağa davam edirlər. Nə qədər ki, ermənilər bunu dərk etməyib, ən böyük zərbəni Ermənistan alacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya