İlham Əliyev Hakan Fidanı qəbul edib
14:30 05.07.2024
Siyasət
408
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
"Sherg.az" xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Astanada dostluğun və qardaşlığın nümunəsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüş məmnunluqla xatırlandı, bundan sonra bu formatın davamlı olacağına əminlik ifadə edildi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə edilmiş razılığa əsasən, Türkiyənin dövlət başçısının Türkiyə-Niderland matçını izləmək üçün Almaniyaya səfər etməsi ilə əlaqədar Şuşada keçiriləcək Zirvə toplantısında qardaş Türkiyəni bu ölkənin vitse-prezidentinin təmsil edəcəyi vurğulandı.
Məhz Şuşa şəhərində 2021-ci ildə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik əlaqələrimizin əsasını təşkil edən Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyəti vurğulandı.
Görüşdə ölkələr arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Türk dünyasının birliyinin və həmrəyliyinin önəminə toxunuldu.
Söhbət zamanı Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri də müzakirə edildi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
07:49 27.10.2026
Sosial
Mayk Tayson “Tuzlu Kahvede"
07:17 27.10.2026
Şou
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual