İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə zəng edib
13:24 10.08.2025
Siyasət
366
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə zəng edib.
Trend xəbər verir ki, telefon söhbəti zamanı Pakistanın Baş nazirinin ölkəmizə səfəri, Laçında ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş üçtərəfli görüşlər, eyni zamanda, onun İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Sammitində iştirakı məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanmış sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanan bəyyanamənin və digər sənədlərin regionda davamlı sülhün, sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyətinə toxunulub, bu nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolu qeyd olunub.
Məhəmməd Şahbaz Şərif əldə olunmuş razılaşmaların önəmini vurğulayıb və Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Telefon söhbəti əsnasında iqtisadi, enerji, ticari və sərmayələr sahələrində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət