
"İran ətrafındakı ölkələri qan ocağına çevirmək istəyir" - ANALİZ
10:25 18.01.2024
Siyasət
527
"Tarix boyu İran qonşu xalqların ərazisində dəstəklədiyi terror qruplarının hesabına öz sərhədlərini qorumaq “təcrübəsinə” malikdir"
Kürdüstan Regional Hökuməti yaxın tərəfdaşdır və ABŞ İranın təcavüzünü açıq şəkildə pisləyir.
Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken X platformasında paylaşım edib.
Qeyd edək ki, SEPAH ötən gün İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə ballistik raketlərlə zərbə endirdikləri haqqında bəyanat yayıb. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. Hücum nəticəsində biri uşaq olmaqla, bir ailənin 5 üzvü ölüb.

Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Yeganə Hacıyeva vurğulayıb ki, hadisələrə Qəzzada baş verən proseslər və ondan əvvəlki İranın ətrafında gedən məsələlər fonunda baxmaq lazımdır:
"Məsələ ondan ibarətdir ki, İran nüvə silahının əldə olunması istiqamətində ona qarşı olan sanksiyalardan kənarda, özünü həm də bir başa təsiri ola biləcək ssenarilərdən sığortalayır və müdafiə olunmağa çalışır. Buna öz sərhədləri boyu yerləşən ətraf ölkələrdə, digər dövlətlərin ərazilərində özünün dəstəklədiyi proksi quruluşlar vasitəsi ilə qaynar ocaqlar formalaşdırır. İstər Qəzzada İsrailin hücümu ilə nəticələnən HƏMAS-ın terror aktları, istərsə də Husilərin Qırmızı dənizdə demək olar ki, ordan keçən bütün ölkələrin ticarət gəmilərinə və eyni zamanda SEPAH-ın Ərbil şəhərinə ballistik raketlərlə olunan hücümları bu aspektdən şərh etmək lazımdır. İzrail, MOSSAD agentləri yerləşən bazalara hücüm etmək adı altında özünün ətrafında oddan dairə yaratmaqdadır. Bu isə İrana özünü müdafiə etmək üçün lazımdır.
Ümumiyyətlə tarix boyu İran qonşu xalqların ərazisində dəstəklədiyi terror qruplarının hesabına öz sərhədlərini qorumaq “təcrübəsinə” malikdir. Ən azından bu təcrübə son 100 ilə dayanır və buna təəccüblənmək lazım deyil. Bununla İran ətrafındakı ölkələri qan ocağına çevirərək özünü diqqətdən kənar saxlamaq istəyir. Bu həmçinin, İranın son həftə Husiləri qarşı formalaşan beynəlxalq koalisiyalırın addımlarını qarşısını almaq üçün onların maraqlarını digər ərazilərə yönəltmək cəhdidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya