"İran himayə etdiklərini Azərbaycana qaytarmalıdır"
Yusif Nəzərli
15:16 20.01.2022
Siyasət
624
Sədrəddin Soltan: "Dövlətimiz İrana mesaj verir ki, ölkəmizin qanunlarını pozaraq İrana sığınan azərbaycanlıları ekstradisiya etsin"
Yanvarın 17-də üç azyaşlı İran vətəndaşı Azərbaycanla sərhədi keçib. Dövlət Sərhəd Xidmətinin (DSX) verdiyi məlumata əsasən, uşaqları sərhəd naryadı saxlayıb. Azyaşlılar dövlət sərhədini səhvən pozduqlarını deyiblər. Özlərini İran vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi tanıdıblar. Saxlanılan şəxslər sərhəd zastavasına gətirilib. İsti yemək və lazımi şəraitdə təmin ediliblər. Qısa zaman ərzində uşaqların İrana təhvil verilməsi nəzərdə tutulub.
Bu gün isə Azərbaycandan İrana 21 məhbus ekstradisiya olunub. İranın ədliyyə nazirinin beynəlxalq məsələlər və insan haqları məsələləri üzrə müavini Fəttah Əhmədinin sözlərinə görə, Astara sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə geri qaytarılan məhbuslardan üçü qadındır:
"Proses İran və Azərbaycan arasında məhbusların ekstradisiyası üzrə razılaşmanın icrası çərçivəsində reallaşıb. Qeyd olunan İran vətəndaşları əsasən narkotik maddələrlə əlaqədar məsuliyyətə cəlb olunublar. İran vətəndaşları qonşu ölkələrə səfər etməzdən əvvəl həmin ölkələrin qaydaları ilə tanış olmalı, kofein, psixotrop tərkibli dərmanları özləri ilə aparmaqdan çəkinməlidirlər".
Azərbaycanın İrana jesti ilə bağlı "Şərq"ə danışan politoloq Sədrəddin Soltan bildirib ki, Azərbaycan İranın cəzasını çəkən məhbuslarını ölkəsinə geri qaytarması ilk dəfə deyil:
"Ölkəmiz həmişə İran hakimiyyətinə xoşməramlı olduğunu göstərir. Son hadisə də Azərbaycanın rəsmi Tehrana xoş niyyətinin təzahürüdür.
Dövlətimiz bununla İrana mesaj verir ki, qarşı tərəfdə həbsdə olan, ölkəmizin qanunlarını pozaraq İrana sığınan azərbaycanlıları ekstradisiya etsin. Çünki İranda Azərbaycan hökumətinə qarşı çıxış edən çoxsaylı vətəndaşlarımız var.
Rəsmi Bakı dəfələrlə onların Azərbaycana qaytarılmasını istəyib. Ölkəmizin atdığı bu kimi addımlar İranın himayə etdiyi həmin şəxslərin geri qaytarılması üçündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət