İran içindən “yıxıla” bilər! - “Güneylilər quzeylilərə rıçaqlar yaradır”
Yusif Nəzərli
10:19 05.10.2021
Siyasət
443
“Sonuncu hərbi təlimlər İranın Azərbaycana yönəlik siyasətininin dəyişməsində başlıca faktor olacaq”
“Çünki təlimin səviyyəsini, ona verilən qiyməti və təlimdən yayılan fotoları gördük”
“Bu fotolar təkcə türk kimliyinin qabarıq nümunəsi olmadı, İran dindarlığının mənşəyini təşkil edən Ərdəbildə divarlarda belə Azərbaycana dəstək şüarları geniş vüsət aldı. Bu, İran üçün ciddi baş ağrısı ola bilər”
Azərbaycan sərhədlərində İranın başlatdığı “Xeybər fatehləri” hərbi təlimlərində çəkilən şəkil sosial şəbəkələrdə gündəm olub. Təlimə qatılan əsgərlərdən birinin “Bozqurd işarəsi” ilə şəkli yayılıb.Qeyd edək ki, Xeybər savaşı İslamın ilk illərində Mədinədə yəhudilərlə müsəlmanlar arasında baş verən müharibədir. İran bununla ölkəmizin İsraillə yaxın münasibətlərinə hiddətini bildirir, Azərbaycan-İsrail-Türkiyə ittifaqına qarşı ciddi mübarizə aparacağını göstərmək istəyir.
Məlum foto barədə fikrilərini “Sherg.az”la bölüşən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli İranın çox həssas bir coğrafiyada yerləşdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, cənub qonşumuzda siyasi baxımdan kifayət qədər aktiv Azərbaycan kimliyinə malik olan etnik var:
“İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Təbii ki, bu ölkənin Azərbaycana qarşı siyasətində Güney Azərbaycan faktoru önəmlidir. Hesab edirəm ki, ordusunun 70 faizinin azərbaycanlılardan təşkil olunması Azərbaycana İran üzərində maraqlı və ciddi rıçaqlar yaradır. Fikrimcə, rəsmi Tehran bunları nəzərə almalıdır. Yəqin ki, sonuncu hərbi təlimlər İranın Azərbaycana yönəlik siyasətininin dəyişməsində başlıca faktor olacaq. Çünki təlimin səviyyəsini, ona verilən qiyməti və təlimdən yayılan fotoları gördük. Bu fotolar təkcə türk kimliyinin qabarıq nümunəsi olmadı, İran dindarlığının mənşəyini təşkil edən Ərdəbildə divarlarda belə Azərbaycana dəstək şüarları geniş vüsət aldı. Bu, İran üçün ciddi baş ağrısı ola bilər”.
Ə.Əlibəyli qeyd edib ki, müharibənin qalibi Şimali Azərbaycan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir:
“Bu gün İranda yaşayan azərbaycanlılar da Azərbaycan Prezidentinin reytinqinin ən yüksək səviyyədə olduğunu bilirlər. Ölkə başçısı əlbəttə ki, İranın dağılmasının tərəfdarı deyil, əksinə Azərbaycanla müsbət şəkildə və yüksək münasibətlərin qurulmasında maraqlıdır. Prezidentimiz həmçinin regionda sabitliyin təmin olunmasını istəyir. Lakin məsələ burasındadır ki, həqiqətən də dünya azərbaycanlılarının bizim sözümüzə ehtiyacı var. İran tərəfi də artıq bu mesajları almış oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol