
İran səmimi deyil: mövqeyi situativdir
Yusif Nəzərli
08:36 25.12.2021
Siyasət
400
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian maraqlı açıqlama verib. O, özünün "Tvitter" hesabında yazıb ki, Bakıya rəsmi səfər zamanı yeni səhifə açmaq barədə razılığa gəldik: “Əlaqələrimizi daha da inkişaf etdirmək üçün yol xəritəsi hazırladıq. Orada yaşayan iranlılarla tanış olmaqdan məmnun oldum. Biz qonşuluğa üstünlük verməyə davam edirik”.
İran region dövlətləri sırasında Azərbaycanla bağlı ən ziddiyyəti mövqe sərgiləyən tərəfdir. Biz rəsmi Tehranın əməli ilə sözünün üst- üstə düşmədiyinin də dəfələrlə şahidi olmuşuq. Cənub qonşumuz Qarabağ ətrafında "suların bulanıq olmasına" uzun müddət maraq göstərib. Çünki Tehran məhz Qarabağ "kartından" yararlanaraq Bakı və İrəvan arasında manevr etmək, geosiyasi və geostrateji maraqlarını həyata keçirmək istəyirdi.

Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması barədə razılıq əldə olunmasına dair bəyanatından sonra İran rəsmilərinin məsələyə münasibəti gözlənilirdi. Və əslində Hüseyn Əmir Abdullahianın açıqlaması da təəccüblü deyil. Çünki indi Bakı ilə İrəvanın mövqeyi bəzi məqamlarda uzlaşır. Odur ki, İran boş- boşuna özünü "pis kişi" eləmək istəməz. Həm də İran hər nə qədər münasibətlərin ziddiyətləşməsində maraqlı olsa da, görünür, kommunikasiya xətlərinin açılması müəyyən mənada onun da ürəyindəndir.
İkinci bir tərəfdən, son proseslər regionu 3+3 platformasına doğru aparır. Əlbəttə, İran təcrid olunmaq istəməz. Odur ki, Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmağa çalışır.
Bütün bunlara baxmayaraq, İran XİN başçısı səmimi deyil. Əlbəttə, biz qonşuluqda, regional əməkdaşlıqda maraqlıyıq. Amma Tehranın hazırkı mövqeyi situativ xarakter daşıyır. Azərbaycan- Ermənistan münasibətlərində yeni "düyünlər" yaranan kimi İranın gerçək siması yenə ortaya çıxacaq. Hətta yaxın gələcəkdə Tehranın buna səy göstərəcəyi də istisna deyil.
Kənan Novruzov
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya