
İran XİN başçısının regional turnesi:“Rusiya ilə Zəngəzur dəhlizini...”
Yusif Nəzərli
14:41 04.10.2021
Siyasət
384
İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian oktyabrın 6-da Rusiyaya səfər edəcək. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 6-da Moskvada Hüseyn Əmirabdullahianı qəbul edəcək.

Səfərin məqsədi ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən politoloq Natiq Mirinin sözlərinə görə, İran artıq bir çox regional görüşlərə başlayıb.
Politoloq vurğulayıb ki, Ermənistanın xarici işlər naziri İrana işgüzar səfərə gedəcək, bunun ardınca isə İranın XİN başçısı Rusiyaya yollanacaq:
“Təbii ki, səfərdə regional məsələlər, həmçinin regionda “Altılıq platforması” adlı yeni əməkdaşlıq da müzakirə ediləcək. Çünki bu məsələlərə yanaşma tərzində fərqliliklər mövcuddur. Məsələn, Rusiya, Türkiyə və Azərbaycan “Altılıq platforması”nda bütün kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasını əsas inkişaf vasitəsi kimi görürlərsə, İran bu məsələyə bir az fərqli yanaşır. Xüsusilə də İranın bəzi əndişələri var ki, bu kommunikasiyaların açılması fonunda Zəngəzur dəhlizi Azərbaycanın nəzarəti altında ola bilər. Bu da birbaşa Ermənistan və İran arasında tranzit yol əlaqələrini məhdudlaşdırır”.
N.Miri diqqətə çatdırıb ki, İran heç vaxt Azərbaycanın nəzarəti çərçivəsində Ermənistanla birbaşa tranzit yolla əməkdaşlığını davam etdirməyi istəməzdi:
“Artıq İran şirkəti Gorus-Qafan yolunun 21 kilometrliyinə alternativ olaraq İrandan birbaşa Ermənistana yeni tranzit yolunun sürətli inkişafı ilə bağlı açıqlama verib. Bildirilir ki, İran üçüncü bir dövlətin ərazisindən keçmədən Ermənistanla tranzit yol əldə etmək istəyir. Bu da iki dövlət arasında ticarət əlaqələrini inkişaf etdirəcək. Düşünürəm ki, səfər çərçivəsində xüsusilə Zəngəzur dəhlizi və digər kommunikasiyaların açılması ilə bağlı məsələ Rusiya ilə müzakirə predmetidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi