İran yenə Ermənistana “nəfəslik” verir ! - Həm silah daşıyır, həm də...
Fidan Həmişəyeva
15:04 15.12.2020
Siyasət
891
“Ermənistana quru yolla yalnız iki ölkədən getmək mümkündür: Gürcüstan və İrandan”
“Gürcüstan Ermənistana olan bu yükdaşımalarının öz ölkəsindən aparılmasına qadağan qoyub. Yeganə yol İrandan keçir”
“Cənub qonşumuz Ermənistana elə belə silah-sursat verməz, çox güman ki, Ermənistana başqa ölkələrdən də silah gətirilir”
İranın Ənzəli limanından Ermənistana silah və hərbi ləvazimatlarla dolu rus hərbi "Kamaz"larının göndərilməsinə yenidən start verilib. Etibarlı mənbələrin məlumatına görə, Xəzər dənizi vasitəsilə Rusiyadan Ənzəli limanına göndərilən "Kamaz"ları İran rejimi Nurduz gömrük buraxılış məntəqəsi vasitəsilə Ermənistana təhvil vermək üçün Culfa şəhərinə yola salır. Yük maşınlarının içərisində silah və hərbi ləvazimatların olduğu deyilir.
Ötən gün sosial şəbəkələrdə "Kamaz"ların Ənzəli limanında daşınmaq üçün digər yük maşınlarına yüklənməsini əks etdirən fotolar yayılıb. Fotolarda həmin hərbi yük maşınlarının Şərqi Azərbaycana gedən yollarda daşınması müşahidə edilir. Digər maraqlı və ironiyalı tərəf budur ki, İran rejiminin rəsmiləri həmin yük maşınlarının üzərindəki "Kamaz" loqolarını bağlayıblar.
İkinci Qarabağ müharibəsi zamanı da İran dayanmadan Ermənistana hərbi logistik dəstək verirdi. Maraqlıdır, İranın Ermənistan sevdasının yenidən alovlanmasına səbəb nədir?
Sualımızı cavablandıran politoloq İlqar Vəlizadə “Sherg.az”a bildirib ki, son illər ərzində İran vasitəsilə Ermənistana hərbi yüklərin daşınmasına çox rast gəlmişik:
“Ermənistana quru yolla yalnız iki ölkədən getmək mümkündür: Gürcüstan və İrandan. Gürcüstan Ermənistana olan bu yükdaşımalarının öz ölkəsindən aparılmasına qadağan qoyub. Beləliklə yeganə yol İrandan keçir”.
Politoloqun qənaətincə, İran Ermənistana elə belə silah-sursat verməz:
“Çox güman ki, Ermənistana başqa ölkələrdən də silah gətirilir. İranla müxtəlif sahələrdə münasibətlərimiz var. Məsələyə aydınlıq gətirilməsi üçün İranın müvafiq sturukturlarına müraciət edə bilərik.
Çünki bu hal təsdiqlənsə, münasibətlərimizə kölgə sala bilər. Qarşı tərəf bunu istəmirsə məsələyə rəsmi şəkildə açıqlama verməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm