İrana hücum təklifi: Azərbaycan qonşu ölkələr ilə müharibə şəraitində olmaq istəmir
11:49 19.01.2024
Siyasət
543
Azərbaycan İranın yaratdığı və dəstəklədiyi “Hüseyniyyun” terror təşkilatının mövqelərinə aviazərbələrlə hücum etmə haqqını özündə saxlamalıdır.
Bunu Türkiyədə fəaliyyət göstərən İran Araşdırmaları Mərkəzinin siyasi eksperti Mehmet Koç deyib.
Ekspert Pakistan hökumətinin İran ərazisində İslamabada qarşı təşkilatlanmış qruplaşmaya hücumundan sonra Azərbaycanın da bu haqqa sahib olduğunu bildirib.
“İran region ölkələrinə qarşı terror qruplaşmaları yaratmaq və dəstəkləməyin cavabını verməli, əvəzini ödəməlidir. Hazırda bölgədə yaranan xaosda İran ən azı ABŞ və İsrail qədər günahkardır”, - M.Koç vurğulayıb.
Mehmet Koçun açıqlamasına münasibət bildirib siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a söyləyib ki, Bunu səsləndirən şəxs reallığı düzgün şəkildə qiymətləndirmədən həmin fikri gündəmə gətirib:
"Azərbaycanın İrandakı hansısa qruplara raket hücumları endirməsi məsələsi inanılmaz dərəcədə populist fikirdir. Yəni, bu açıqlamanı səsləndirmək üçün yüksək səviyyədə fantastik xəyal gücün olmalıdır. Azərbaycan ilk öncə Ermənistanla müharibəyə torpaqları işğal olunduğuna görə cəlb olundu. Beləliklə Azərbaycan onunla qonşu olan heç bir ölkə ilə müharibə şəraitində olmaq istəmir və daim sülh mövqeyindən çıxış edən dövlətdir. Baxmayaraq ki, Rusiya və İrandan Azərbaycana qarşı zaman-zaman mənfi reaksiyalar olur. Amma bütövlükdə Azərbaycan dövləti doğru siyasət yürüdür. Nəzərə almaq lazımdır ki, İran nə Ermənistan, nə də Gürcüstandı. İran ilə bu şəkildə davranmaq Azərbaycan üçün xoş nəticə verməz. Ümumiyyətlə belə fikirlərin gündəmə gəlməsi iki ölkə arasında münasibətləri daha da gərginləşdirə bilər".
Ekspert onu da qeyd edib ki, Azərbaycan İran və Pakistan arasındakı qarşıdurmada bitərəf mövqe sərgiləyir:
"İran ilə çox böyük quru ərazimiz sərhəddir. Pakistan da bizim strateji müttəfiqimizdir. Hər iki ölkə islam dünyasında böyük nüfüza sahib olan və regionun aparıcı dövlətləridir. Azərbaycan hər iki ölkə ilə olan münasibətlərdən istifadə İran və Pakistan arasında əlaqələrin normallaşmasına çalışmalıdır. Ümumiyyətlə Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi böyük təcrübəyə malikdir. Eyni zamanda aparıcı beynəlxalq təşkilatlara rəhbərlik edib. Digər tərəfdən hər iki ölkə ilə İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda biryerdə çalışır. Həmçinin, Azərbaycanın Türkiy-İsrail, Türkiyə-Rusiya və Ukrayna-Rusiya arasında sülh yaratmaq təcrübəsi var. Yəni, həmin təcrübəni burada da tətbiq edə bilər. Beləliklə böyük bir fəlakətin qarşını almış olacaq və Azərbaycan növbəti dəfə dünyada söz sahibi olduğunu, sülh yarada bildiyini göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region