
İranın Hizbullahla kommunikasiyası itir - RƏY
Yusif Nəzərli
02:30 27.12.2024
Siyasət
439
Baş verənlər göstərir ki, İran üçün İraqda da həyəcan təbili çalınır
"İranın ali dini lideri Xamenei suriyalı gəncləri üsyana çağırıb. Onu da əlavə edib ki, Suriyadakı üsyan Qərb tərəfindən təşkil edilib və bu vəziyyətə qarşı xüsusilə gənclər qətiyyətlə mübarizə aparmalıdır".
Bu barədə siyasi şərhçi Rusif Məmmədsoy deyib. Ekspert bildirib ki, bu zamana qədər insanlara olmazın işgəncələr verilib, milyonlarla insan öz evindən didərgin düşüb, uşaqlar qətlə yetirilib:

"Bu vəziyyətin dəyişməsi və ya dəyişəcəyi ehtimalının olması özünü islam dövləti adlandıran İranı niyə narahat etməlidir? Hətta bunun üçün gənclər üsyan etməlidir? Heç şübhəsiz ki, bu açıqlamalar həm də İranın məğlubiyyətinin ən bariz nümunələrindən biridir. Suriyada Bəşər Əsədin devrilməsi İrana ciddi zərbə idi. Suriya İran üçün Yaxın Şərqdə nüfuzunu qorumaq üçün strateji əhəmiyyətə malik idi. Belə ki, Suriya İranın həmin bölgədəki rəqiblərinin, daha dəqiq desək, Türkiyə, Səudiyyə və Qətərin təsir dairəsi daha da genişlənəcək. Bu hal İran üçün faciəyə bərabərdir".
R.Məmmədsoy qeyd edib ki, İranın Hizbullahla kommunikasiyası itir:
"Belə olduğu təqdirdə İranın Hizbullahı müdafiə edə bilməməsi digər proksi qüvvələr üçün suallar yaradır. Məsələn, bunu görən İraqdakı Həşti Şabi qruplaşması da İranın onları müdafiə edə bilməyəcəyini görür və Suriyadan sonra növbəti dayaq nöqtəsi olan İraqda da öz gücünü itirəcək. İraqda Sistani amili də var ki, İran nə qədər güclü olsa da, Sistaninin sözləri daha çox qəbul edilir. Təsadüfi deyil ki, Sistani də hər zaman Həşti Şabinin İranla bağlı olmadığını bildirir. Xüsusilə də Sistani ilə Xamenei arasında da kifayət qədər fərqlər var və bu fərqlər şübhəsiz ki, regional siyasətə də təsirsiz ötüşmür. Məsələn, Suriyada baş verənlərlə bağlı Sistaninin açıq bəyanatını eşitmədik, təcrübə onu deməyə əsas verir ki, Sistani suverenliyə önəm verir və Xameneidən fərqli olaraq belə radikal açıqlamalar verməyəcək. Bu isə qruplar arasında fikir ayrılıqlarını daha da dərinləşdirməklə yanaşı, həm də İran üçün İraqda da həyəcan təbilinin çalınması deməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya