"İranın təlimləri Azərbaycanın xarici və təhlükəsizlik siyasətini dəyişdirəcək gücdə deyil!"-Politoloq
Yusif Nəzərli
10:50 03.10.2021
Siyasət
718
“İranın yük maşınlarının Qarabağa qanunsuz yanacaq daşımasıyla bağlı xəbərlər hələ ki, səngiyib. Tehran bu qanunsuzluğun qarşısını əvvəldən alsaydı, münasibətlərdə süni gərginlik yaranmazdı. Ancaq Tehranın dərdi fərqlidir”.
“Sherg.az” xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Siyasi şərhçi bildirib ki, Tehranı qıcıqlandıran Azərbaycan-Türkiyə-Pakistan birgə təlimləri, İsrail şirkətlərinin azad olunmuş bölgələrin bərpasında iştirakı və Azərbaycan qanunlarını pozan iranlı iki sürücünün sorğu-suala çəkilməsidir:
“Tehran bunlara nəsə reaksiya verəcəkdi. Sadəcə, hamısının bir ağızdan dediyi “sərhədlərimizdə sionist rejimin varlığına imkan verməyəcəyik” absurd açıqlama vəziyyətin daha da gərginləşməsinə xidmət etdi. Demək istəyirlər ki, Azərbaycan İsrailin İranla sərhədində bu və ya digər şəkildə varlığına şərait yaradıb və bunun “qarşısı alınmalıdır”. Əslində söhbət bir neçə İsrail şirkətinin Qarabağın yenidən qurulmasında iştirakından gedir. Qarabağın bərpası layihələrində bir neçə İsrail şirkəti iştirak edəcəksə, orada İran şirkətləri olmayacaq. Ancaq bu bizim problem deyil, başqaları kimi İran şirkətləri də Qarabağda yenidənqurma işlərinə dəvət olunmuşdu. İndi guya İran Azərbaycanla sərhəddə nümayişkənarə şəkildə hərbi təlim keçirməklə nə əldə edəcək? Tehran əks-effektlər barədə düşünməlidir. Birincisi, Türkiyə İranla sərhəddə təlimlərə başlayıb. Ankara bu yolla Tehrana mesaj göndərir ki, Azərbaycana qarşı təxribat həyata keçirmək istəsən qarşında Türkiyəni görəcəksən. İkincisi, İranın hərbi təlimləri Azərbaycanı Türkiyə və İsraillə daha sıx hərbi əməkdaşlığa sövq edəcək ki, əslində Tehran bunun əksinin reallaşmasına çalışırdı. Üçüncüsü, Tehran Azərbaycanı hədələyərkən Təbrizdə, Ərdəbildə və Güney Azərbaycanın şəhər və qəsəbələrində yaşayan azərbaycanlıların seyrçi qalacağınamı ümid edir? Dördüncüsü, İranın yeni prezidenti İbrahim Rəisi və onun mühafizəkar komandasının xarici siyasətdəki ilk addımı Azərbaycanla münasibətləri gərginləşməkdən keçəcəksə, ikinci böyük qonşusu – Türkiyə ilə də münasibətlərin inkişafına ümid etməyə bilər”.
Politoloq vurğulayıb ki, Qərbin sərt sanksiyaları ilə üzləşən və iqtisadiyyatı ağır günlər yaşayan İran iki qonşusu - Azərbaycan və Türkiyə ilə münasibətlərdə ehtiyatlı olmazsa, özünün problemlərini daha da artıracaq:
“Azərbaycanın İrandan iki sadə tələbi var. İran Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Necə ki, Azərbaycan İranın daxili işlərinə qarışmır və Tehranı tərəfdaş seçimində məsləhət vermir. İkincisi, erməni separatçılarına yanacaq daşımamalıdır. Bu iki sadə tələbə riayət olunacaqsa, İran-Azərbaycan münasibətləri Rəisidən əvvəlki axarına qayıdacaq. Sərhəddəki hərbi təlimlərə gəldikdə isə, bu təlimlər Azərbaycanın xarici və təhlükəsizlik siyasətini dəyişdirəcək gücdə deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm