İranla siyasi məsələlərdə fikir ayrılıqları qalır
Yusif Nəzərli
00:38 24.12.2021
Siyasət
367
Ancaq iqtisadi əlaqələrin şaxələndirilməsi yaxşı haldır, bu, siyasi problemləri də arxa plana atır
"Abdullahianın səfərində digər məqsəd bu idi ki, İran yenidən ali dini rəhbərin Azərbaycan üzrə nümayəndəsini ölkəmizə göndərsin"
Prezident İlham Əliyev dekabrın 22-də İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Aşqabadda İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşünü xatırladıb. Vurğulayıb ki, görüş zamanı gələcək əməkdaşlıqla bağlı bir çox məsələlər müzakirə edilib. Ölkə rəhbəri Azərbaycan-İran dostluq əlaqələrinin bir daha təsdiqləndiyini bildirib. İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahian da Aşqabad görüşünə toxunaraq bu görüşü ölkələr arasında əlaqələrdə dönüş nöqtəsi kimi dəyərləndirib. Söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Görüşdə ikitərəfli əməkdaşlığımızın gündəliyinin geniş olduğu bildirilib və yaxşı nəticələrin əldə ediləcəyinə ümidvarlıq ifadə olunub. İranın xarici işlər naziri Azərbaycan XİN başçısı Ceyhun Bayramovla da görüşüb. Azərbaycandakı təmasları dəyərləndirən Abdullahian bildirib ki, görüşlərdə əhəmiyyətli razılaşmalar əldə olunub. Onun sözlərinə görə, bu razılaşmalar iki ölkə arasında əlaqələri gücləndirəcək, yaxın gələcəkdə öz səmərəsini verəcək: “Biz Azərbaycanı ən yaxın və yaxşı qonşulardan biri hesab edirik. Prezidentimizin əsas prioriteti qonşu ölkələrlə münasibətlərdir ki, Azərbaycanın da burada xüsusi yeri var. Biz xalqlarımızın rifahı üçün addımlar atacağıq”. Nazir vurğulayıb ki, İran-Azərbaycan münasibətlərinin inkişafı üçün təşəbbüslər var: “Biz iki ölkənin rəsmi şəxsləri arasında iqtisadi, ticarət və mədəni sahələr üzrə qarşılıqlı səfərlərin artmasının şahidi olacağıq”.
Ekspertlərə görə, İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana səfəri məhsuldar olub. İranlı qonaq özü də səfərdən məmnun qalıb.
Cənub qonşumuzla əlaqələri “Şərq”ə dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov hesab edir ki, Bakı-Tehran münasibətlərində iqtisadi prioritetlər ortaq maraqlar yaradır. Ekspertin fikrincə, verilən bəyanatların ümumi məzmunundan çıxan nəticə budur:
“Siyasi məsələlərdə fikir ayrılıqları qalır. Məsələn, Hüseyn Əmir Abdullahian belə bir fikir səsləndirdi: “Regionda olan problemlərə üçüncü ölkələr müdaxilə etməməlidir”. Əlbəttə, iqtisadi əlaqələrin şaxələndirilməsi yaxşı haldır, bu, siyasi problemləri də arxa plana atır. Əslində İranda prezidentlik institutunun üzərinə qoyulan öhdəliklərin ana xəttini xarici ölkələrlə iqtisadi münasibətlərin tənzimlənməsi təşkil edir. Bu mənada Abdullahianın “İran Prezidenti İbrahim Rəisinin prioritetlərində Azərbaycanla münasibətlər xüsusi yer tutur” deməsi daha çox iqtisadi prioritetlərin elanıdır. Abdullahianın səfərində digər məqsəd bu idi ki, İran yenidən ali dini rəhbərin Azərbaycan üzrə nümayəndəsini ölkəmizə göndərsin. Şübhəsiz, İran tərəfi qapalı görüşlərdə bu məsələni qaldırıb.
Azərbaycanın bu təklifi qəbul edib-etmədiyini deyə bilmərik, amma qəbul edərsə, bunun üçün şərtlər ortaya qoya bilər.
Deyə bilər ki, ali dini liderin nümayəndəsinin fəaliyyət dairəsi və funksiyası məhdud çərçivədə olsun. Azərbaycan dövlətinə qarşı ideoloji mühərrikə çevrilməsin. Ümumən, iqtisadi maraqlar iki ölkənin münasibətləri üçün stimullaşdırıcı amildir. Bu, çox yaxşıdır. Bu maraqların Zəngəzur dəhlizinə, Qarabağ və Şərqi Zəngəzura daşınması üçün təşəbbüslər də alqışlanmalıdır.
Siyasi məsələyə gəlincə, görünür ki, hələ gələcəkdə başqa gərginliklər olacaq, amma yoluna qoyulacaq”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region