İsrailin baş naziri Moskvaya "əli dolu" gedir
Yusif Nəzərli
07:20 19.10.2021
Siyasət
465
Naftali Putinin yanına “Mossad”ın hazırladığı hesabatı da apara bilər ki, bu da regiondakı real vəziyyətin tam şəkildə əks etdirilmək üçün kifayətdir
Oktyabrın 22-də İsrailin yeni seçilmiş Baş naziri Bennetti Naftali Rusiyanın Soçi şəhərinə səfər edəcək və Prezident Vladimir Putinlə görüşəcək. Həm yaxın Şərqdə, həm də İran və Azərbaycan arasında vəziyyətin kəskinləşdiyi zaman dilimində İsrail baş nazirinin Rusiyaya səfəri heç şübhəsiz ki, təsadüfi deyil. Nəzərə alaq ki, həm Suriyada, həm də İraqda İrana məxsus hərbi bazalar tez-tez İsrail tərəfindən hədəfə alınır. İsrail mütəmadi şəkildə İranın nüvə obyektlərinə kiber hücumlar təşkil edir.
İsrail-İran arasında gərginlik son günlərin qarşılıqlı ittihamları ilə daha gərgin səviyyəyə qalxıb. Bununla yanaşı, İran-Azərbaycan arasında artan gərginlik və Tehranın əksər iddialarının məhz İsraillə bağlı olması, İsrail baş nazirinin BMT Baş Assambleyasında “İran nüvə proqramı ilə bağlı bütün qırmızı xətləri keçib” ifadəsini işlətməsi Naftalinin Rusiya səfərini daha aktual edir.
“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov hesab edir ki, İrana dəstək verən, yaxud verəcəyi ehtimal olunan iki ölkə - Rusiya və Çindir. Analitikin sözlərinə görə, İranla güclü müttəfiqlik münasibətlərinə malik olsalar da, nə Rusiya, nə də Çin İranın nüvə silahı əldə etməsinin tərəfdarıdır:
“Rusiya 2007-ci və 2010-cu illərdə BMT TŞ-də nüvə məsələsinə görə, İrana qarşı tətbiq edilən sanksiyalara nəinki veto qoymadı, dəstək verdi. 2018-ci ildə ABŞ nüvə razılaşmasından çıxıb, İrana qarşı müharibə məsələsini gündəmə gətirərkən baş katib Mayk Pompeo Moskvaya səfər etdi və Prezident Vladimir Putinlə görüşdü. Bu görüşdən sonra tərəflər brifinq keçirdilər və həmin brifinqdə Rusiya Prezidenti Vladimir Putin İranı nəzərdə tutaraq bildirdi ki, “Rusiya bölgədə yanğın söndürən maşın funksiyasını icra etmir və hər kəs uzlaşmaq üçün yollar tapmalıdır”.
Bunun isə hansı anlam daşıdığı hər kəsə aydındır. Son illərdə baş verən proseslərə baxaraq, belə qənaətə gəlmək olar ki, Rusiya və Çin İranın nüvə silahına malik olmasını istəməsələr də, ona qarşı hansısa müharibə senarisinin olmasının tərəfdarı da deyillər.
Məhz buna görə İsrail Baş naziri Bennetti Naftalinin Rusiyaya səfərində əsas məqsəd Vladimir Putinə İranın son zamanlar atdığı addımların çox ciddi təhlükəyə səbəb olduğunu və belə davam edərsə, İranın vurulacağını izah etməkdir. İsrail baş naziri həmçinin, Putinə izah edəcək ki, onların məqsədi İranı deyil, İranın nüvə obyektlərini vurmaqdır.
Naftali Putinin yanına “Mossad”ın hazırladığı hesabatı da apara bilər ki, bu da regiondakı real vəziyyətin tam şəkildə əks etdirilmək üçün kifayətdir. İsrail Baş naziri Bennetti Naftali Rusiyadan sonra Çinə də səfər edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət