Kadr islahatları davam edir: Məmurlar Prezidentin yenilik tələbini yerinə yetirməlidirlər
Fidan Həmişəyeva
06:38 13.11.2019
Siyasət
851
“Kadr islahatları bütün hallarda yaxşıdır. Dünyada tez-tez dəyişən dövlət modeli var. Bu model onu göstərir ki, illərlə oturub bir vəzifədə qalmaq mümkün deyil”. Bu fikirləri Sherg.az-a açıqlamasında AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.
Onun sözlərinə görə, tez-tez kadr islahatlarının olması adətən ölkədə korrupsiyanın qarşısını alır:
“İnsan bir vəzifədə çox olanda korrupsiya ehtimalı artır. Bu baxımdan kadrların tez-tez dəyişməsinin müsbət cəhətləri çoxdur. Amma təyin olunan cavan kadrların əvvəlki təcrübəsinə baxdım. Onların bir hissəsi icra hakimiyyətinin işçisi, digər hissəsi deputat olub. Onlar cavan olsalar da yeni kadrlar deyil. Həmin kadrlar vaxtilə apartada işləmiş insanlardır. Əgər yeni kadrlar əvvəlki iş metdoları ilə çalışsalar, heç bir müsbət irəliləyiş əldə edə bilməyəcəklər. Çünki ölkədə yeni iş yerləri açılmalıdır, rayonlara çoxlu sayda investisiya cəlb olunmalıdır. Prezidentin də tələbi odur ki, bu kadrlar ölkədə yenilik etsinlər. Yenilik də odur ki, xalqın qarşısına çıxa bilsinlər, insanların tələbini yerinə yetirsinlər. Yeni iş yerlərinin açılması xüsusilə vacib olan məsələdir. Çünki hazırda ən böyük problem budur. İnsanların sosial problemlərinin həlli də böyük əmək tələb edir. Əhalini tez-tez qəbul etmək, onların dərdlərinə şərik olmaq da mühümdür. Çünki əhali gəlir öz problemlərini deyir və həll olunmursa, hakimiyyətə müəyyən ümidsizlik yaranır. Yeni icra başçıları bu məsələlərin öhdəsindən gəlsələr, əlbəttə müsbət irəliləyişlər olacaq. Amma əvvəlki qaydada işləsələr, özlərini rayonda mütləq hakim kimi təqdim etsələr, xalqın qarşısına çıxmasalar, insanlara kömək etməsələr heç bir dəyişiklik olmayacaq”.
Kadr islahatlarınnı vacib olduğunu deyən M.Zülfüqarlı bildirib ki, icra hakimiyyətlərinə verilən səlahiyyətlə yanaşı bələdiyyələrə də səlahiyyət verilməlidir ki, onlar yerlərdə hansısa işi görə bilsinlər:
“Bunların hamısı islahatlar paketinə daxil olmalıdır. Bütün bunları yerinə yetirsələr, müsbət tendensiya olacaq. Əks halda köhnə maşına yeni sürücü qoymaqla maşını sürətlə idarə etmək olmaz. Maşının özünü dəyişdirmək lazımdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edib. Ölkə başçısı kadr islahatlarının davam etdiyini və mühüm olduğunu bildirib.
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian
01:40 02.07.2026
Dünya
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm