
Kanada müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir -ŞƏRH
Yusif Nəzərli
14:59 29.10.2023
Siyasət
701
Onun missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir
Bu günlərdə Ermənistanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli Azərbaycan haqqında əsassız bəyənatlar səsləndirib.
Əslində bu onun ölkəmizə qarşı ilk ittiham deyil. 44 günlük Vətən müharibəsindəki qələbədın sonra Azərbaycanı hədəf alan M. Colinin məsuliyyətsiz və cəfəng fikirləri artıq ənənə halını alıb.
Azərbaycanı Qarabağdan olan ermənilərin qayıtmasına imkan verməyə çağıran kanadalı nazirin eyni müraciəti azərbaycanlılara münasibətdə Ermənistan hökumətinə ünvanlamaması, 30 il ərzində bir dəfə belə olsun Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymaya çağırmayan bir ölkənin indi
Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə səsləməsi M. Colinin açıq-aşkar səlibçi mentalitetindən qaynaqlanır.
Kanadalı nazirin Azərbaycanla sərhəddə döyüş mövqeyinə gəlməsi isə rəsmi Bakı tərəfindən açıq-aşkar təxribat kimi qiymətləndirilib. Qeyd edilib ki, bu M.Colinin diletantlığını, həm də Azərbaycana qarşı qərəzini göstərir.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov da "Sherg.az"a açıqlamasında deyib ki, okeanın o biri tərəfində yerləşən Kanadanın nümayəndəsinin sərhəddə döyüş mövqeyinə baş çəkməsi, binoklla Azərbaycanı müşahidə etməsi tamamilə qəbuledilməzdir:
"Vətən müharibəsi dönəmində də Kanadanın ölkəmizə və Türkiyəyə qarşı qərəzli münasibətini görürdük. “Bayraktar”ın hissələrinin - Kanadada istehsalı optik cihazların Kanada müəssisələrində istehsalına məhdudiyyət qoyulması da bunun bir tərkib hissəsi idi. Postmüharibə reallıqlarında da, Kanadanın bəzi məmurlarının açıqlamaları ölkəmizin milli maraqları ilə üst-üstə düşmürdü.
Fransanın ölkəmizə qarşı mövqeyi, təkcə rəsmi Parisin həmlələri ilə müşahidə olunmur. Fransa çalışır ki, dünyada təsir dairəsində olan dövlətləri də Azərbaycana qarşı qaldırsın. Kanadanın Kvebek bölgəsi birbaşa olaraq, Fransanın təsiri altındadır. Burada fransızlar məskunlaşıblar. Və məhz bu bölgənin ölkənin iqtisadiyyatına, ölkənin siyasi imicinə, ölkənin siyasi baxışlarına və mövqeyinə təsiri də güclüdür. Bu təsir nəticəsində biz görürük ki, Kanadanın iki müşahidəçisi Avropa İttifaqının Ermənistanda olan missiyasının tərkibinə qoşulacaq".
Politoloqun sözlərinə görə, Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir, onun missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir:
"M. Colinin Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir.
Ümumiyyətlə, yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir. Bu, faktiki olaraq Kanadanın Azərbaycanı düşmən kimi görməsinə dəlalət edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alyaska sahillərində güclü zəlzələ baş verib
15:25 25.04.2026
Hadisə
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
15:11 25.04.2026
Futbol
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya
ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı
11:30 25.04.2026
Gündəm
Sosial mənzillər: Kimlər yenidən müraciət edə bilər?
11:17 25.04.2026
Sosial