Keçmiş dövlət müşaviri: "Sumqayıtdakı təxribatın arxasında birbaşa İrəvan dayanmışdı"
Fidan Həmişəyeva
11:45 22.11.2019
Siyasət
658
“Ermənilər hər dəfə Sumqayıt hadisələrindən danışarkən cinayəti üzərilərindən atmağa cəhd edirlər. Amma sovet dövründə SSRİ-i Baş Prokurorluğu tərəfindən aparılan istintaq zamanı məlum oldu ki, bu hadisələrin başında Qriqoryan durub”.
Bu fikirləri Sherg.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.
Analitik bildirib ki, Qriqoryanın başına topladığı quldur dəstəsi Sumqayıtda cinayət hadisəsini törətməyə cəhd edib:
“Sumqayıt hadisləri ilə bağlı istintaq zamanı məlum olub ki, bu hadisə kənardan müəyyən qüvvələrin təsiri ilə törədilib. Bu hadisələr zamanı Azərbaycanın hüquq mühafizə orqanları Qriqoryanı həbs etdilər. Amma Moskvadan gəlmiş SSRİ Prokurorluğunun İstintaq Komissiyası onu öz sərəncamına götürdü və özlərinin istintaq aparacağını deyərək Qriqoryanı və onun ətrafında olan digər erməniləri guya istinataq cəlb etmək adı ilə Azərbaycan hüquq mühafizə orqanlarının əlindən aldı. 6 ay Sumqayıtda istintaq işləri getdi, daha sonra isə məhkəmənin Moskavada keçiriləcəyi haqqında qərar qəbul edildi. Bütün bu hadislərdə cəmi bir azərbaycanlının iştirak etdiyi məlum oldu. Maraqlısı budur ki, həmin azərbaycanlıya ölüm hökmü verildi. Qriqoryanı isə Moskvaya apardılar, oradan da Ermənistana göndərdilər. Daha sonra Ermənistanda onun “günahsız” olduğuna dair qərar qəbul edərək sərbəst buraxdılar. Ermənilərin dünyanın hər yerində ağız dolusu danışdıqları azərbaycanlıların "vandalizmi"ni sübut etmək üçün istifadə etdikləri Sumqayıt hadisələrinin başında Moskva və İrəvan durub. Hər halda məlum oldu ki, Sumqayıtdakı hadisələrdə ermənilərin barmağı var idi”.
Politoloqun sözlərinə görə, Sumqayıtda azərbaycanlıların ermənilərə qarşı törtədikləri hansısa “vəhşiliklərdən” danışmaq mümkün deyil:
“Çünki bu proses lokal xarakterlidi idi və qarşısı tez alınan bir hadisə olub. O hadisələr zamanı 20-yə yaxın adam öldürülmüşdü, onların 10-dan çoxunu Qriqoryan və onun ətrafında olan adamlar qətlə yetirildi. Digərlərinin kimlər tərəfindən öldürülməsi bəlli olmadığı üçün bir azərbaycanlını bu işdə təqsirləndirilib cinayət məsuliyyətinə cəlb etdilər. Bu da onu göstərir ki, Sumqayıt hadisəsi əvvəlcədən hazırlanmışdı. Məqsəd isə Azərbaycan xalqınına, onun tolerantlığına, başqa xalqlara nisbətən çox dözümlü olmasına kölgə salmaq xarakteri daşıyırdı”.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Ölkə başçısı bir sıra mühüm məsələlərə toxunub. Prezident bildirib ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya