Kreml gücsüzlüyünü ortaya qoydu - ŞƏRH
Yusif Nəzərli
06:20 08.07.2025
Siyasət
451
Rusiya Şimali Koreya kimi dünyadan təcrid edilmiş ölkələrə möhtac qalıb
Şimali Koreya Rusiya ordusuna dəstək üçün birbaşa 25 min nəfərlik ordu göndərməyə hazırlaşır. Məlumata görə, bu ordu Ukraynanın təmas xəttində yerləşdiriləcək, əvəzində isə Rusiya əsgərləri hücuma keçəcəklər. 2024-cü ilin noyabrında artıq 11 min şimali koreyalı hərbçi Rusiyaya göndərilmişdi və onların bir qismi Ukraynanın Kursk istiqamətindəki hücumunu dəf etməyə yardımçı olmuşdu. Bu hərbçilərdən təxminən 4 mini ya həlak olub, ya da yaralanıb.
2025-ci ilin 18 mayında çəkilmiş peyk görüntülərində əvvəllər də hərbçilərin daşınmasında istifadə olunan bir gəminin Rusiya Federasiyasının Dunay limanında lövbər saldığı əks olunub. Həmçinin, 4 iyun 2025-ci il tarixli görüntülərdə Şimali Koreyanın Sunan hava limanında yük təyyarələrinin fəaliyyət göstərdiyi müşahidə olunub. Uçuş marşrutları da əsgər daşınmasının aktivləşdirildiyini göstərir.
Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a bildirib ki, Moskvanın Pxenyandan yeni əsgər tədarükü onu göstərir ki, Rusiyanın müharibədə itkiləri kifayət qədərdir. Ekspert deyib ki, Ukrayna hücumdan əvvəl kifayət qədər pafoslu cümlələrdən istifadə edən Rusiya rəhbərliyi indi döyüşdürməyə əsgər tapa bilmir və rəqibləri qarşısında olduqca pis vəziyyətə düşüb:
"Rus hərbi komandanlığının səhvi səbəbindən ölkənin müharibədə itkiləri də kifayət qədərdir. Başqa bir məsələ odur ki, Rusiya faktiki müttəfiqsiz qalıb. Moskva özünün yaratdığı süni təşkilat KTMT üzvlərindən də real dəstək ala bilmədi. Buna görə İran və Şimali Koreya kimi dünyadan təcrid edilmiş ölkələrə möhtac qaldı. Rəsmi Pxenyan Moskvaya bu yardımları məcburiyyət qarşısında göndərir. Çünki Rusiyadan bu ölkəyə texnoloji, silah ehtiyatı və qida məhsulları gəlir. Ancaq bu proses uzunmüddətli ola bilməz. Çünki Rusiyaya əsgər yardımı həm Şimali Koreyanın öz müdafiə qabiliyyətini aşağı salır, həm də ölkənin demoqrafik inkişafına ciddi problemlər yaradır".
Analitikə görə, Şimali Koreyadan əlavə hərbi qüvvələrin müharibəyə göndərilməsi Ukrayna üçün bəzi bölgələrdə çətinlik yarada bilər:
"Hazırda Luqansk cəbhəsində vəziyyət gərgindir. Ehtimal ki, Rusiya koreyalı əsgərlərdən əsasən bu istiqamətdə istifadə edəcək. Ukraynaya yardıma heç bir ölkəni yaxın buraxmayan rəsmi Moskva özü üçüncü tərəfi müharibəyə cəlbə etməklə həm özünün gücsüzlüyünü ortaya qoydu, həm də beynəlxalq hüququ heçə saydığını hamıya göstərmiş oldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi