KTMT “dişsiz” qurumdur: “Özbəkistandan sonra, Türkmənistan da imtina edə bilər”
Yusif Nəzərli
11:43 12.10.2021
Siyasət
785
“Fikrimcə, özünü tam şəkildə doğrultmamış bir qurum kimi KTMT-nin gələcəyi qeyri-müəyyəndir”
“Əslində mövcud durumun belə olması hadisələrin gedişatının məntiqinə tamamilə uyğundur”
Özbəkistan öz təhlükəsizliyini təmin etmək üçün kifayət qədər potensiala malik olduğuna görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü bərpa etmək niyyətində deyil. Bu barədə Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov bildirib.
Nazir qeyd edib ki, Mərkəzi Asiya ölkələri və dünya gücləri ilə strateji tərəfdaşlıq bölgədə təhlükəsizliyi qorumaq üçün tamamilə kifayətdir.
Maraqlıdır, Özbəkistanın bu addımı atması digər türkdilli dövlətlərin də KTMT-dən imtinasına yola aça bilərmi?
Bunun yaxşı xəbər olduğunu diqqətə çatdıran siyasi şərhçi, professor Qulu Məhərrəmli “Sherg.az”a bildirib ki, KTMT faktiki olaraq yalnız Rusiyadan ibarətdir, heç bir MDB ölkəsinin orada silahlı qüvvələri yoxdur və iştirak səviyyələri çox fərqlidir:
“Sadəcə olaraq KTMT-nin regional təşkilat statusu alması üçün Rusiya bura öz müttəfiqlərini cəlb etməyə çalışır. MDB hansı taleyi yaşayırsa, KTMT - də həmin taleyi yaşayacaq. Bəlkə də, MDB yaranandan bu günə kimi onun icra sturukturlarının 2 minə yaxın qərarı var. Ancaq bunların heç bir icrası yoxdur, qərarların 90 faizi kağız üzərindədir. Çünki kollektiv maraqlar deyilən bir anlayış müasir geopolitikanın aktiv elementi kimi işləmir. Ona görə Rusiya bütün hallarda regionlarda ayrı-ayrı öz keçmiş müttəfiqlərinə təsir göstərməyə çalışır. Rusiyanın hələlik Orta Asiyaya təsir imkanları zəifdir. Hazırda Orta Asiyada geosiyasi maraqlar uğrunda Çinlə Rusiyanın böyük rəqabəti mövcuddur. İndi isə Taliban təhlükəsi yetişir. Hesab edirəm ki, bu, çox ciddi şəkildə bölgədə təhlükəsizlik məsələlərini yenidən nəzərdən keçirməyə əsas verir”.
Q.Məhərrəmlinin sözlərinə görə, çox güman ki, Özbəkistanın KTMT-yə üzvlükdən imtinası onun özünü bitərəf kimi təqdim etmək cəhdidir:
“Yəni hərbi cəhətdən heç bir bloka daxil olmamaq hər halda bölgədə digər dövlətlərlə normal münasibətlər qurmağa imkan verir. Ola bilsin, bu amil Özbəkistanın belə qərar verməsində həlledici roldur. Bütün bunlar o deməkdir ki, KTMT-nin regional hərbi güc olaraq perspektivi aydın görünmür. Bu gün Özbəkistan, sabah da Türkmənistan belə addım ata bilər. Fikrimcə, özünü tam şəkildə doğrultmamış bir qurum kimi KTMT-nin gələcəyi qeyri-müəyyəndir. Əslində mövcud durumun belə olması hadisələrin gedişatının məntiqinə tamamilə uyğundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm