Laçındakı toqquşmanın arxasında Kreml dayanır
Yusif Nəzərli
05:26 13.04.2023
Siyasət
575
Rus sülhməramlıları və qanunsuz erməni silahlı dəstələri torpaqlarımızı tərk etmədikcə, qarşıdurmalar qaçılmaz olacaq
Ermənistan tərəfi növbəti dəfə təxribat törədib. Düşmənin silahlı qüvvələri aprelin 11-də Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə məruz qoyub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb və atəş mövqeləri susdurulub. Görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olublar. Siyasi şərhçilər vurğulayıblar ki, Ermənistanın hərbi təxribatlardan əl çəkməməsi İrəvanın sülh prosesində maraqlı olmadığını, işğalçılıq niyyətindən əl çəkmədiyini bir daha sübut edir. Ermənistan beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla regionda sülh prosesinə maneə törədir. Analitiklərə görə, indiki həssas məqamda sərhədlərin müəyyənləşdirilməsindən danışıldığı, Laçın yolunun başlanğıcında post quraşdırılması mərhələsində bu təxribatın baş verməsi təsadüfi deyil. Ermənistan buna öncədən hazırlanıb və təhrik edilib. Ermənistanın bu təxribatı Rusiyanın təsiri, təhriki ilə törədə biləcəyinə dair iddialar da var. Digər versiya isə odur ki, ermənilər bu təxribatı törətməklə "təhdid altında" olduqlarına dair görüntü yaratmaq niyyəti güdürlər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, sərhəddə baş verənlər Bakı və İrəvanın qarşılıqlı olaraq təmkin göstərməsinin vacibliyini təsdiq edir. Onun sözlərinə görə, baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına riayət edilməsinin vacibliyini göstərir.
Ermənistanın növbəti təxribatını "Şərq"ə dəyərləndirən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, bunun arxasında birmənalı olaraq Rusiya dayanır. Ekspert vurğulayıb ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirnik bəyanat vermişdi: "Səfirin bəyanatı ondan ibarət idi ki, Kollektiv Təhlükəsizlik Müqalivəsi Təşkilatının "müşahidə missiyası" dərhal bölgəyə gəlmək üçün hazır vəziyyətdədir. Avropa İttifaqının "missiyası" Ermənistanda olduğu üçün Moskva da KTMT adı altında öz qoşunlarını Ermənistana, Azərbaycanla sərhədə yerləşdirmək niyyətindədir. Məqsəd yenə də aranı qarışdırmaq, problem yaratmaqdır. Ona görə də hesab edirəm ki, bu, birmənalı Rusiyanın təxribatıdır və günahkar Kremldir. Buna heç bir şübhəm yoxdur. Niyə Gorus rayonunun Dığ yaşayış məskəni seçilib? Ona görə ki, orada Laçın istiqamətində açıq mövqelərimiz var. Təxribatı məhz həmin bölgədə törətmək daha rahat və asan idi. Bundan əvvəl təxribatlar Basarkeçər istiqamətindən, Şorca tərəfdən həyata keçirilirdi. Laçın istiqamətinin seçilməsində əsas məqsəd Azərbaycan tərəfi ilə açıq toqquşmaya girmək və bu hadisədən yararlanmaq olub".
Ü.Cəfərov vurğulayıb ki, bölgədəki prosesləri kənardan izləyən beynəlxalq qurumlar onsuz da ölü vəziyyətdədir: "Beynəlxalq təşkilatlar nə Rusiyanın, nə də Ermənistanın açıq təxribatına reaksiya vermirlər. Sözün açığı, Azərbaycan regionda baş verənlərə həddindən artıq səbr nümayiş etdirir. Çoxdan bu məsələni yekunlaşdırmalı, öz xeyrimizə bitirməliydik. Təəssüflər olsun ki, hələ də məsələ uzana-uzana gedir. Mətbuata açıqlamadığımız bəzi məqamlar var. Yəqin ki, müvafiq qurumların rəsmiləri prosesləri incələdikdən sonra müəyyən qənaətə gələcəklər. Ermənistan kənar təhriklərlə təxribata əl atdı və faciə ilə nəticələndi. Gələcəkdə bənzər halların baş verməməsi üçün aprelin 11-də yaşanmış təxribat ciddi incələnməli, təhlil olunmalıdır. Görünən odur ki, təxribatlar davam edəcək. Problem birdəfəlik həllini tapmayınca, rus sülhməramlıları və qanunsuz erməni silahlı dəstələri torpaqlarımızı tərk etmədikcə, qarşıdurmalar qaçılmaz olacaq. Azərbaycan tərəfi prinsip etibarı ilə lazım olanı edib. Digər məqsədlərimizə nail olmaq üçün tələblər irəli sürməli və onların reallaşmasına çalışmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm