
Makron Trampa görə təşviş içindədir
Yusif Nəzərli
02:33 08.11.2024
Siyasət
492
ABŞ lideri böyük ehtimalla keçmiş prezidentlik dövründəki Avropaya ünvanladığı tələbi təkrarlayacaq
"Fransa Prezidenti Emmanuel Makron Donald Trampı ABŞ Prezidenti seçilməsi münasibətilə ilk təbrik edənlərdən olsa da, təşviş içindədir". Bu barədə politoloq Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, Trampın prezident seçildiyi xəbəri təsdiqləndikdən dərhal sonra Makron Almaniya kansleri Olaf Şoltsa zəng edib:

"Makron Şoltsla yeni durumu müzakirə edərkən “suveren Avropa” ideyasının reallaşdırılması vacibliyindən danışıb. Yəni Makronun məntiqinə görə, Avropa ABŞ-nin siyasi, iqtisadi və hərbi asılılığından qurtulmalıdır. “The Financial Times” dərgisinə görə, Avropa İttifaqının bir qisim məmuru da Trampın qələbəsindən qorxuya düşüb. Bu, əsassız deyil. Tramp böyük ehtimalla keçmiş prezidentlik dövründəki Avropaya ünvanladığı tələbi təkrarlayacaq: “Təhlükəsizliyinizə yönəlik xərclərinizi artırın, ABŞ sizin yükünüzü daşımayacaq”. Makrona gəldikdə, Parisin “suveren Avropa” ideyası yeni deyil. Bunu Fransanın keçmişdəki liderləri də reallaşdırmaq istəyiblər, ancaq heç bir nəticə əldə etməyiblər. Çünki Fransadan başqa digər Avropa dövləti “suveren Avropa” ideyasına inanmır. ABŞ olmasaydı, Avropanın az qala mərkəzində - Bosniyada müharibəni dayandırmaq mümkün olmayacaqdı. Elə Ukraynaya ən böyük maliyyə və hərbi dəstək “suveren Avropadan” deyil, ABŞ-dən gəlib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya