
MDB dövlət başçılarının SAMMİTİ:“Ciddi müqavilələrin imzalanması gündəmdədir”
Yusif Nəzərli
12:10 28.12.2021
Siyasət
573
Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün dekabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gedib. Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlət başçısını Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıb. Maraqlıdır,görüşdə hansı aktual masələlərin müzakirəsi gözlənilir?
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli hesab edir ki, Prezidentin sammitdəki iştirakı əslində təkcə MDB dövlət başçılarının sammiti olaraq nəzərdə tutulmayıb.

O “Sherg.az”a görüşdə müzakirəsi ehtimal olunan başlıca məsələlərdən danışarkən bildirib ki,biz hazırda sammit öncəsi və ona doğru gətirib çıxaran yola diqqət etməliyik:
“Ötən həftələrdə Paşinyanın Qarabağa yönəlik ciddi bəyanatları var idi. Eyni zamanda bəzi önəmli hadisələr baş vermişdi. Bilirsiniz ki, Soçi görüşündə qəbul edilən qərarlar əsasən ilin sonuna qədər kommunikasiyaların açılması və sərhəd delimitasiyası ilə bağlı idi.14 dekabrda Brüsseldə də yeni niyyətlər otaya qoyuldu, xeyli ciddi razılaşmalar əldə edildi. Bunları nəzərə alsaq, deyə bilərik ki, görüşdə növbəti dəfə ciddi müqavilələrin imzalanması gündəmdədir”.
Ə.Əlibəyli sammitdə Azərbaycan və Ermənistanın delimitasiya və demarikasiya ilə bağlı yekun mövqe ortaya qoyacağının da istisna edilmədiyini diqqətə çatdırıb:
“Ola bilsin kommunikasiyalarla bağlı yekunlaşmış bir qərar var. Eləcə də sülhməramlıların nəzarətində olan bölgələrə, məsəl üçün, fransız siyasətçinin qeyri-qanuni səfəri və bu kimi təxribatlar da müzakirə mövzusu ola bilər. Zənnimcə, bunlara da aydınlıq gətiriləcək”.
Analitikin qənaətincə, MDB dövlət başçılarının bu görüşü Azərbaycan- Ermənistan münasibətlərinin qaydaya salınması baxımından növbəti bir mərhələ ola bilər: “ Belə mövzuların müzakirəsinin nəticəsi konkret olaraq açıqlana və ya gizli qapılar arxasında da ola bilər”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya