
Millət vəkili: SOCAR-a zərbə hadisənin siyasi və strateji mesaj daşıdığını göstərir
11:27 18.08.2025
Siyasət
414
Son günlərdə Rusiyanın hücumçu PUA-larla Odessaya endirdiyi zərbələr nəticəsində şəhər ətrafındakı yanacaq-enerji infrastruktur obyektləri yenidən hədəfə alınıb. Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperin verdiyi məlumata görə, hava hücumundan müdafiə sistemləri aktiv işləsə də, zərbələr nəticəsində ikimərtəbəli binada və enerji obyektində yanğın baş verib. Hədəfə alınan obyektlər arasında SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsi də olub. SOCAR-ın hədəfə alınması Rusiya-Azərbaycan münasibətlərinə də təsirsiz ötüşmür.
Millət vəkili Aydın Hüseynov mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Bütün dünya ictimaiyyətinə məlumdur ki, Rusiyanın Ukraynada apardığı müharibə ədalətsiz xarakter daşıyır. Bu kontekstdə Azərbaycanın da tarixi təcrübəsi var. Uzun illər ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında qalması ölkənin beynəlxalq münasibətlərdə ərazi bütövlüyü məsələsinə həssas yanaşmasına səbəb olub.
Rəsmi Bakı bu mövqeyini açıq və ardıcıl şəkildə nümayiş etdirir. Azərbaycan istər BMT tribunasından, istərsə də digər beynəlxalq platformalardan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Bununla yanaşı, humanitar yardım aksiyalarında da bu dəstək real ifadəsini tapır. Azərbaycanın prinsipial mövqeyi Moskva dairələrində narahatlıq doğurur. Məhz bu səbəbdəndir ki, son dövrlərdə Rusiyanın bir sıra şəhərlərində, xüsusilə də Yekaterinburqda Azərbaycan vətəndaşlarına qarşı hüquq-mühafizə orqanları reydlər, saxlanmalar həyata keçirirlər. Təəssüf ki, bəzi hallarda bu əməliyyatlar insan tələfatı ilə də nəticələnib.
Bütün bunların ardınca SOCAR-ın Ukraynanın Odessa şəhərində yerləşən neft terminalına PUA ilə hücum təşkil olunması, hadisənin sadəcə hüquqi çərçivədən çıxaraq siyasi və strateji mesaj daşıdığını göstərir".
Parlamentari bütün bunlara baxmayaraq Azərbaycanın emosional reaksiya vermədən hadisələrə diplomatik yanaşmanı üstün tutduğunu söyləyib:
"Bakı beynəlxalq hüququ rəhbər tutaraq münasibətləri təmkinlə idarə etməyə çalışır. Bu siyasət ölkənin iqtisadi strategiyasında da özünü göstərir. Xüsusilə enerji sahəsində həyata keçirilən şaxələndirmə siyasəti Azərbaycanın həm geosiyasi, həm də iqtisadi cəhətdən güclənməsinə səbəb olur. Son illərdə Azərbaycan yalnız Avropa bazarlarına deyil, eyni zamanda Cənub-Şərqi Avropa, Balkanlar və Orta Asiya ölkələrinə də enerji ixracını genişləndirməyə çalışır. Xəzər regionunun bərpa olunan enerji potensialına malik əsas aktorlarından biri kimi, Azərbaycan yaxın illərdə mayeləşdirilmiş təbii qaz və hidrogen enerjisi sahəsində də beynəlxalq bazarlara çıxmağı planlaşdırır.
Sadalanan faktlar bir daha göstərir ki, Azərbaycan bütün siyasi və iqtisadi təzyiqlərə baxmayaraq, prinsipial və ardıcıl mövqeyi ilə uğurlu inkişaf kursunu davam etdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya