Misirlə Türkiyə arasında narazılıqlar: Ermənilər bundan istifadə etməyə çalışırlar
Fidan Həmişəyeva
07:47 25.12.2019
Siyasət
730
Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim Misir və Azərbaycan arasındakı münasibətlər çox yaxşı səviyyədə olduğunu bildirib. Səfir qeyd edib ki, Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Səfir vurğulayıb ki, Misir dövləti üçün Dağlıq Qarabağ işğal edilmiş bir ərazidir: “Biz bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”.
Tarixən Misirlə Azərbaycan arasındakı əlaqələrin olduğunu deyən politoloq Sədrəddin Soltan Sherg.az-a bildirib ki, orta əsrlərdə də bu münasibətlər yüksək səviyyədə davam edib.
Analitik qeyd edib ki, ərəb və müsəlman ölkələri arasında Misir davamlı olaraq hər zaman Dağlıq Qarabağ məsələsi ilə bağlı ədalətli mövqeyini sərgiləyib:
“Hakimiyyət çevrilişi də Misirin xarici siyasət kursuna, özəlliklə Azərbaycanla bağlı kursuna elə də ciddi təsir göstərməyib. Səfirin verdiyi bəyənat da bunu göstərir. Hüsnü Mübarəkdən sonra hakimiyyətə gəlmiş Məhəmməd Mürsi və general Sisi Azərbaycanla bağlı siyasətini dəyişmədi. Onlar Azərbaycana qarşı heç bir çıxış etməyiblər. Bu günkü Misir hakimiyyətində də həmin xətt davam etdirilir.
Azərbaycan Misirlə bağlı əlaqələri genişləndirmək və Misirdə aksiyalar zamanı problemlərin sülh yolu ilə aradan qaldırılmasını istəmişdi. Çünki Misir dünyanın mədəniyyət mərkəzlərindən biri sayılır. Bu, qədim mədəniyyət Azərbaycan üçün də çox maraqlıdır. Odur ki, hər iki ölkə arasındakı əlaqələrin və ədalətli olaraq Misirin Azərbaycanın mövqeyini dəstəkləməsində qeyri-adilik yoxdur. Düzdür, son zamanlar Misirlə Türkiyə arasında müəyyən narazılıqlar yaranıb. Erməni tərəfi isə bu narazılıqdan davamlı surətdə Türkiyə və Azərbaycana qarşı istifadə etməyə çalışır. Hətta Misirdə də bəzi qruplar var ki, bu məsələdə Azərbaycan və Türkiyəyə qarşı addımların atılmasına cəhd göstərə bilərlər. Amma hələ ki, o qrupların Azərbaycanla bağlı irəli sürdükləri iddialar təmin olunmur və Misirin Qarabağla bağlı xarici siyasət kursu dəyişməz qalıb”.
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya