Münhen debatı: İlham Əliyev Paşinyanın yalanlarını bir daha ifşa etdi - ŞƏRH
Fidan Həmişəyeva
09:57 17.02.2020
Siyasət
1338
Xəbər verdiyimiz kimi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər.
Müzakirə zamanı Azərbaycan Prezidenti İlham Əliyev N.Paşinyanı gerçək tarixə söykənən faktlarla susdurub. Bununla bağlı Sherg.az-a danışan millət vəkili Azər Badamov bildirib ki, dərin tarixi biliklər, fikirlərini səlis ingilis dilində ifadə etmək bacarığı, bədən dili ilə qarşısındakını darmadağın etmək istedadı Prezident İlham Əliyevin ən böyük xüsusiyyətidir.
Deputat qeyd edib ki, Münhendə keçirilən canlı debatda bütün bu xüsusiyyətlər Paşinyanı diplomatik müstəvidə nakaout edib:
“Paşinyanın savadsız ifadə etdiyi və əsaslı mənbəyi olmayan fikirlərinə, İlham Əliyevin tarixi faktlarla və tarixin necə baş verdiyini açıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılması, erməni baş nazirini çətin duruma salmışdı.
İrəvanın ermənilərə güzəştə getməyimizi, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və 1921-ci ildə Bolşevik Partiyasının Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barəsində qərar qəbul edilməsini cənab İlham Əliyevin ifadə etməsi ermənilərin yalanlarını bir daha üzə çıxartdı. Hətta Stepankert adının yeni bir ad olduğunu və oranın əsil tarixi adının Xankəndi olmasını ölkə başçımızın dilə gətirməsi, bir daha tarixə söykənən faktlarla Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olmasının təsdiqi idi. Debat zamanı ən maraqlı hissə də ondan ibarət oldu ki, Paşinyanın özü-özündən asılı olmayaraq Dağlıq Qarabağın Azərbaycanın torpağı olmasını etiraf etməsi və sonradan düzəliş etməyə çalışması idi. Xocalı soyqırımı törədənlərin adbaad məlum olduğunu, ermənilərin yalanları ilə Rusiyanın “Arqumenti faktı” qəzetində Ayaz Mütəllibovun adından istifadə edərək özlərinə haqq qazandırmaq cəhdlərinin ifşası, ölkə başçımızın hərtərəfli bilikli olduğunun göstəricisi idi. Qısa olaraq qeyd etmək istəyirəm ki, Münxendəki debat İlham Əliyevi öz xalqını sevən, ölkənin gələcəyini düşünən, ermənilərin torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaq və azad etmək gücünə malik bir lider olduğunu göstərdi və ölkənin gələcəyini sevən hər bir Azərbaycan vətəndaşında qürur hisləri yaşatdı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya