Münhen debatı İrəvanın diplomatik məğlubiyyətidir – Paşinyana etimad sarsıldı
Fidan Həmişəyeva
12:52 19.02.2020
Siyasət
967
“Münhen Təhlükəsizlik Konfransındakı debat siyasətçi və dövlət başçısı kimi Paşinyanın əleyhinə işləyən fakt olacaq. Ermənistanda və dünya erməniləri arasında narahatlıq yaradacaq, onların Paşinyana olan etimadı sarsılacaq”.
Bu sözləri Sherg.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. Onun sözlərinə görə, Münhen debatı diplomatik cəhətdən Ermənistanın növbəti məğlubiyyətidir:
“Paşinyan Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham ƏIliyevlə keçirdiyi panel müzakirəsi zamanı öz fəaliyyətilə erməniləri pis günə qoydu. Bu tədbirdə Azərbaycan dövlət başçısı gözəl çıxış edərək tarixi faktlara əsaslanmaqla işğalçı rejimi yerində otuzdurdu. Burada Paşinyanın tarixi yaxşı bilmədiyi üzə çıxdı. Əslində, ermənilərin əlində tarixi faktlar da yoxdur.
Paşinyan sadəcə, jurnalist təxəyyülünün məhsulu olan qəzet materiallarına, publisistik mənbələrə istinad edirdi. Belədə Paşinyanın Münhendə düşdüyü həmin vəziyyət, həm Ermənistanda, həm də erməni diasporası arasında təbii ki, narahatlıq yaratmalı idi və yaratdı. Çünki işğalçı ölkənin on illərlə apardığı təbliğata, bu işə milyonlarla vəsait xərclənmələrinə Paşinyan öz bacarıqsızlığı, səriştəsizliyilə ilə daha bir zərbə vurdu. Ümumiyyətlə, Ermənistana rəhbərlik edənlərin hamısı savadsız olub. Köçəryan, Sarkisyan da təyin olunmuş adamlar idi. İndi populist çıxışlar edən Paşinyan da Qərb tərəfindən hakimiyyətə gətirilib. Yəni onları intelektinə görə deyil, hansısa xüsusiyyətinə, sədaqət məsələsinə görə iqtidara gətiriblər. Savadlı olmadıqları üçün də debata gələndə belə vəziyyətə düşürlər. Yəni həm haqlı deyillər, həm də savadsızdırlar. Uydurduqları tarixdə dolaşıqlıq yaradaraq özləri belə onun içində çaşıb qalıblar.
Bu hadisə İrəvanın diplomatik müstəvidə daha bir məğlubiyyətini göstərdi. Azərbaycan Prezidenti öz arqumentləri ilə Paşinyanı tamamilə darmadağın etdi, onu aciz duruma saldı. Belə vəziyyət erməni diplomatiyasına, dünya erməniliyinə vurulan mühüm bir zərbədir”.
N. Məmmədova qeyd etdi ki, Paşinyanın debatda məğlub olması Ermənistan cəmiyyətində ciddi ruh düşkünlüyü yaradacaq:
“Bu da istər-istəməz Paşinyan hakimiyyətinə mənfi təsir edəcək. Paşinyan daima özünü müasir, açıq, demokratik göstərmək istəyir. Ancaq bu olay onun üçün antipiar oldu, Paşinyan ifşa olundu. Təbii ki, bu mənada Münhen Təhlükəsizlik Konfransındakı həmin debat siyasətçi və dövlət başçısı kimi Paşinyanın əleyhinə işləyən fakt olacaq. Həmin hal onun əleyhinə işləyəcək. Ermənistanda və dünya erməniləri arasında narahatlıq yaradacaq, onların Paşinyana olan etimadı sarsılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya