NATO rəsmisi: Rusiyanı əsla xəfifə almamalıyıq
16:03 03.07.2023
Siyasət
422
Tarixdən çıxış edərək rusları və onların geridönüş bacarıqlarını əsla xəfifə almamalıyıq.
APA "Politico"ya istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer jurnalistlərə bildirib.
NATO Hərbi Komitəsinin sədri deyib ki, Rusiyanın quru qoşunlarının əsas hissəsi Ukraynada döyüşsə də, o, hələ də Kreml qüvvələrinin təhlükə olduğunu düşünür.
“Biz əminik ki, ruslar yenidən qalxmağa, qüvvələrini toparlamağa hazırlaşır. Və buna görə də planlar Rusiya ordusunun faktiki statusu üzərində deyil, Rusiya ordusunun Ukraynaya hücum etməzdən əvvəlki statusu üzərində qurulur”, - admiral Bauer bildirib.
Rob Bauer Rusiyanın "bu müharibədən dərs alacağını" və NATO-nun da "onlara ciddi təhlükə kimi baxmağa davam edəcəyini” deyib. O əlavə edib ki, Rusiya qüvvələri malik olduqları nüvə imkanlarından əlavə olaraq, hələ də dənizlərdə, havada və kosmosda çox bacarıqlıdır.
Admiral Bauer NATO-nun Vilnüs sammiti və Alyansın hərbi planları barədə də danışıb.
“Biz işimizi görməliyik - daha çox sayda qüvvəyə, daha yüksək hazırlığa çatmaq üçün, planlara qarşı məşq etməliyik, tələb etdiyimiz imkanları əldə etməliyik və bu, vaxt aparacaq”, - o bildirib.
NATO rəsmisi deyib ki, Alyansın güclənməsi üçün daha çox pul ödəmək lazımdır və bu kollektiv şəkildə edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə