
Netanyahu Qəzzanı tam ələ keçirməyi hədəfləyir - ŞƏRH
05:59 20.08.2025
Siyasət
390
HƏMAS-ın xaricdən dəstəyinə ümid bəslədiyi əsas ölkələr Misir və Qətər kimi vasitəçilərdir
HƏMAS İsrail qoşunlarının razılaşdırılmış nöqtələrə çıxarılması müqabilində Qəzza zolağındakı döyüşçülərini geri çəkməyə hazır olduğunu bildirib. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Məlumata görə, hərəkatın Qahirədəki nümayəndə heyəti Qəzzada mümkün atəşkəs razılaşması ilə bağlı tələblərini Misirdəki vasitəçilərə çatdırıb. Məlumatda həmçinin bildirilib ki, hərəkat İsrailin Qəzzanı nəzarətə götürmək planlarına son qoyacağına və hərbi əməliyyatların bərpa olunmayacağına dair beynəlxalq təminatları ehtiva edən yazılı razılaşma tələb edib. Ekspertlərin sözlərinə görə, HƏMAS-ın bu addımı taktiki gedişdir və təşkilatın varlığının qorunub saxlanılmasına xidmət edir. Görünür, təşkilatın rəhbərliyi müəyyən formada güzəştə getdiyini göstərərək mövcud vəziyyətdə dəyişikliyə nail olmaq istəyir.

Politoloq Zeynal Əmrəliyev Sherg.az-adeyib ki, hazırkı vəziyyət HƏMAS-ı qane etmir. Onun sözlərinə görə, bir tərəfdən İsrail Qəzza bölgəsində həlledici əməliyyata başlamaq və vilayəti tamamilə ələ keçirmək istəyir. Digər tərəfdən isə Ramallahdakı Mahmud Abbas hökuməti HƏMAS-ın Fələstin siyasətindəki legitimliyini tanımağa çalışır:
"Təşkilatın əsas istədiyi məsələlər Qəzzada öz təsir gücünü saxlamaq, həmçinin yaxın zamanda Fələstin Milli Şurasına keçirilən seçkilərdə legitim siyasi təşkilat olaraq iştirak etməkdir. HƏMAS əgər birinci məqsədinə nail ola bilməsə, ikinci planı da ciddi şəkildə suya düşəcək. Çünki onun əsas dəstəyi məhz Qəzza bölgəsindədir. HƏMAS-ın xaricdən dəstəyinə ümid bəslədiyi əsas ölkələr Misir və Qətər kimi vasitəçilərdir. Əsirlərin həyat təhlükəsizliyinin təmin edilməsi barədə təşkilat tərəfindən verilən açıqlama da məhz bu ölkələrin dəstəyini qazanmaq üçündür".
Analitik hesab edir ki, atəşkəsin pozulmaması haqqında yazılı bəyanat tələbinin iki səbəbi var:
"Birincisi, HƏMAS özünün beynəlxalq ictimaiyyət qarşısında legitimliyini təsdiq etmək istəyir. İkincisi isə atəşkəs məsələsində məsuliyyəti təkcə İsrailin deyil, beynəlxalq ictimaiyyətin üzərinə yıxmaq istəyir. Ancaq bu təkliflərin İsrail tərəfindən qəbul ediləcəyi gözlənilən deyil. Baş nazir Benyamin Netanyahunun kabineti HƏMAS-ın tamamilə varlığına son qoyulmasını və Qəzza bölgəsinin tamamilə ələ keçirilməsi və buradakı fələstinlilərin köçürüləcək vilayətə yəhudilərin köçürülməsini qarşısına məqsəd qoyub. Bunun tək qarşısını almaq isə HƏMAS üçün çox çətin, hətta mümkünsüzdür. Ya bu məsələdə ərəb ölkələri ABŞ və İsrailə təzyiq göstərməli, ya da HƏMAS-a real hərbi dəstək göstərməlidirlər. Trampla yaxın əlaqəyə malik olan bu dövlətlərin belə bir addım atacağı isə çox da inandırıcı görünmür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya