Niyə Azərbaycan İsraildə səfirlik açmır? - ŞƏRH: “Ehtiyatlı davranmalıyıq”
Yusif Nəzərli
11:44 03.12.2021
Siyasət
468
“Bu reallaşarsa, islam dünyası, xüsusi ilə də ölkəmizə ən yaxın iki islam ölkəsi Türkiyə və Pakistan tərəfindən düzgün anlaşılmayacaq”
İsrailin Azərbaycandakı səfiri Corc Dik iyulun 29-da İsrailin Təl-Əviv şəhərində Azərbaycan Respublikasının Ticarət və Turizm nümayəndəliklərinin açıldığını deyib. O bununla bağlı iqtisadiyyat naziri də daxil olmaqla Azərbaycan rəsmilərinə Azərbaycan-İsrail əlaqələrinin güclənməsinə töhfə verdikləri üçün təşəkkür edib. Səfir İsrailin Azərbaycanla strateji münasibətləri inkişaf etdirməyi öz prioritetləri sırasına daxil etdiyini diqqətə çatdırıb. C.Dik eyni zamanda gələcəkdə İsraildə Azərbayacan səfirliyinin açılamasına ümid etdiyini də vurğulayıb.
Maraqlıdır, niyə Azərbaycan İsraildə səfirlik açmır?
Sualımızı cavablandıran AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a bildirib ki, İsrailin bir çox müsəlman ölkələri ilə diplomatik münasibətləri yoxdur:
“İsrail dövləti qurulanda bir neçə müsəlman dövləti ilə müharibə aparıb. Ona görə də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və bir sıra ölkələr onunla diplomatik münasibətlər qurmayıb. Qüdsün,Fələstinin işğalı da buna təsir göstərən amillərdəndir.Qüds müsəlmanlar üçün çox önəmli yerdir. Bu səbəbdən İsrailə qarşı münasibətdə bir çox müsəlman ölkəsi prinsipialdır. Azərbaycan da islam dünyasının bir hissəsi olaraq bunu nəzərə almağa məcburdur. Başlıca səbəb budur”.
Politoloq buna rəğmən yəhudilərin Azərbaycanda hər zaman çox yaxşı yaşadığını vurğulayıb:
“İndi də Azərbaycanla İsrail arasındakı əlaqələr normaldır. Məlumdur ki, İkinci Qarabağ müharibəsindən sonra bu iki ölkə daha da yaxınlaşdı. İndi İsrail bu əlaqələrin daha da üst səviyyədə qalmasına çalışır və istəyir ki, sözügüdən səfirliyin açılmasına heç bir problem qalmasın”.
Ə.Məmmədli indiki məqamda İsraildə Azərbaycan səfirliyinin açılmasının islam dünyası xüsusi ilə də ölkəmizə ən yaxın iki islam ölkəsi Türkiyə və Pakistan tərəfindən düzgün anlaşılmayacağını diqqətə çatdırıb:
“Bu məsələdə ehtiyatlı davranmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz