Bu gün Nizami rayonunun bəzi küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
"Azəriqaz"dan Sherg.az-a verilən məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar 08.10.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun M. Abbasov, K. Balakişiyev, Nəsimi, Ə. Əzimzadə küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.