Növbəti hədəf diplomatlarımızdır
Yusif Nəzərli
06:30 11.04.2023
Siyasət
1091
Təzyiqlər davam edərsə, İran beynəlxalq məhkəməyə verilməlidir
Son günlər İranın molla rejimi Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında etiraz aksiyaları təşkil etməkdədir. Xatırladaq ki, bir müddət qabaq keçirilən “aksiyada” Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasına etiraz bildirilmişdi. SEPAH-ın dəstəyi ilə yaranan “Hüseyniyyun” terror qruplaşmasının üzvləri “bayraqlarını” konsulluğumuzun qarşısına sərmişdilər. Qruplaşma bəyan etmişdi ki, “əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, hüseynçilər buna imkan verməyəcək”. “Hüseyniyyun” terror qruplaşmasının Təbrizdəki konsulluğumuzun qarşısında növbəti aksiya təşkil edəcəkləri ilə bağlı xəbərlər yayılıb. Məlumata əsasən, aksiyada tələb "diplomatlarımızın Təbrizi tərk etməsi" olacaq. Narahatedici məqam ondan ibarətdir ki, belə “aksiyaların” təşkili gərgin vəziyyətin daha qorxulu hal almasına, Tehrandakı səfirliyimizə edilən hücuma bənzər olayların təkrarına gətirib çıxara bilər. Ekspertlərə görə, Azərbaycan tərəfinin öz statuslarına uyğun fəaliyyət göstərməyən iranlı diplomatları ölkədən çıxarmasına qarşı Tehranın cavab verəcəyi gözləniləndir.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə bildirib ki, İranın molla rejimi qoşulduğu heç bir beynəlxalq konvensiyaya əməl etmir. Professorun sözlərinə görə, hansısa bir ölkəyə etiraz bildirməyin öz forması, həddi-hüdudu var: "Yanvarın 27-də Tehrandakı səfirliyimizə hücumdan və ardınca baş verənlərdən sonra Azərbaycan tərəfi səfirliyin fəaliyyətini müvəqqəti dayandırdı. Amma Təbrizdəki konsulluğumuz fəaliyyətini davam etdirir. “Hüseyniyyun” terror qruplaşmasının konsulluq qarşısında aksiya keçirmək cəhdləri birbaşa İranın dövlət orqanları ilə bağlı məsələdir. Rejim lazım bildiyi məqamlarda belə "aksiyalar" təşkil edirlər. Əlbəttə, narahatlıq var. Beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması faktı ilə yanaşı, Təbrizdəki konsulluq əməkdaşları və onların ailələri üçün də narahat oluruq. Görünən odur ki, növbəti hədəf diplomatlarımızdır. Əgər diplomatlarımıza qarşı növbəti hər hansı hadisə baş verərsə, təzyiqlər davam edərsə, İran beynəlxalq məhkəməyə verilməlidir".
C.Nuriyev vurğulayıb ki, Tehran rejiminin İsrail məsələsində rəsmi Bakıya irad bildirməsi yersiz və yolverilməzdir: "İran niyə, hansı haqla İsraildə səfirliyimizin açılmasına etiraz edir?! Tehran hökuməti 30 il bundan qabaq Ermənistanda səfirlik açıb. Ötən müddət ərzində rəsmi Bakı bu məsələni bir dəfə də olsun qabartmayıb. İsraildə və başqa istənilən ölkədə diplomatik nümayəndəlik açmaq öz işimizdir. Bu addıma görə kiməsə hesab verməli deyilik. Hələ əfsuslar ki, İsraildəki səfirliyimiz gec açılıb. Məhz İrana hörmət əlaməti olaraq, qonşuluq prinsiplərini nəzərə alaraq İsraildə səfirlik açmağı yubatmışıq. Gərginliyin yaranmasına tərəfdar olmamışıq. İran bu hörməti düzgün dəyərləndirmədi və Azərbaycana öz "əyaləti" kimi baxmağa davam etdi. İran bizi Ermənistanla dəyişik salmasın. Azərbaycan güclü, müstəqil dövlətdir və heç kimin vassalı deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm