Noyabr görüşünün perspektivləri...
Yusif Nəzərli
10:35 25.10.2021
Siyasət
795
İddialara görə noyabrın ilk on günlüyündə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü gözlənilir. Müzakirələrin nəticəsində sərhədlərin delimitasiya və demarkasiyası ilə yanaşı, həm də kommunikasiya xətlərinin açılması ehtimal olunur.
Əslində bu, yetişmiş prosesdir. Və, çox güman ki, razılıq Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı arasındakı sonuncu görüşdən sonra əldə olunub.
Bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın verdiyi açıqlama diqqət çəkir. O, deyib ki, iqtisadi kommunikasiyaların açılması mümkündür. Görünür, rəsmi İrəvan artıq reallıqları qəbul etmək üzrədir.
Şübhəsiz, Ermənistanın xahişi ilə Hərbi Qənimətlər Parkından düşmən hərbçilərinin maketlərinin götürülməsi ciddi addım idi. Bu, bir tərəfdən rəsmi Bakının humanist mövqeyinin göstəricisi idi. Eyni zamanda Ermənistanın regional əməkdaşlıq yoluna qədəm qoyması üçün bir növ stimul oldu. Rəsmi İrəvanın belə bir jesti qarşılıqsız qoyması isə heç bir halda ona baş ucalığı gətirməzdi.
Doğrudur, regiondakı mövcudluğunu qorumaq baxımından məsələnin birdəfəlik həlli Rusiyanın ürəyincə deyil. Amma həm də nəzərə almaq lazımdır ki, Moskvanın artıq sülhməramlılıq mandatı var. Xüsusilə ATƏT- in Minsk Qrupunun yenidən fəallaşması fonunda Kreml Qərbin Cənubi Qafqaza gəlməsini istəmir. Bunun qarşısını almağın yeganə yolu ilə hansısa irəliləyişə nail olmaqdır. Həm də, ola bilsin, Mərkəzi Asiya və Yaxın Şərqdəki proseslərlə əlaqədar olaraq Moskva Ankara qarşısında güzəştə getməyə məcbur olub. Yəni bütün hallarda- şimal qonşumuz bunu istəsə də, istəməsə də proseslər Azərbaycanın və Türkiyənin arzuladığı ssenari ilə- regional əməkdaşlığa doğru davam etməlidir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın 3+3 formatı ilə bağlı səsləndirdiyi loyal bəyanat isə onu deməyə əsas verir ki, bu dövlət ən azı stiuativ olaraq altılıq platformasına razıdır. Görünür, Moskva tədricən gücünün tükəndiyini hiss edir.
İndi əsas məsələlərdən biri Ermənistandakı daxili siyasi vəziyyətdir.
Belə ki, müxalifət Paşinyanın noyabr ayında Moskvaya getməsin istəmir. Xüsusilə keçmiş prezident Robert Köçəryan və onun ətrafı bu prosesin qarşısını almaq üçün, yəqin ki, əlindən gələni edəcək. Mitinqlərin keçirilməsi, iqtidara qarşı təzyiqlər istisna deyil. Hətta Paşinyana qarşı sui-qəsd cəhdləri də ola bilər. Çalışmaq lazımdır ki, görüşədək Paşinyan hakimiyyətdə qalsın. Əks halda proses uzana və ya bunun üçün bəhanə tapıla bilər.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynadan təzminat tələb etdi
23:42 28.07.2026
Gündəm
İran XİN: Dialoqun başlanması təşəbbüsü ABŞ-dən gəlib
23:23 28.07.2026
Region
"Rusiya hələ də Qarabağ mövzusundan əl çəkmir" - Professor
23:02 28.07.2026
Gündəm
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya