Onlar Azərbaycan dövlətinə pəncə atmağa çalışan imperializm "qartalının caynaqları"dır
Fidan Həmişəyeva
11:49 23.08.2019
Siyasət
1256
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov xaricdə fəaliyyət göstərən siyasi mühacirlərlə bağlı feysbuk hesabında paylaşım edib. O, bildirib ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri internet televiziyalardır:
“Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha təkrar edirəm ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir”.
Məsələ ilə bağlı Sherg.az-a danışan tanınmış jurnalist Tural İsmayılov bildirdi ki, xaricdə yaşayan mühacirlər ölkəmizə qarşı fəaliyyət göstərərək müəyyən qrantlar alırlar:
“Xaricdə mənzillənən və dövlətimizə hücuma keçən adamları bir neçə aspekt birləşdirir. Birincisi AXCP və Əli Kərimliyə yaxın adamların çevrəsi. Onların ümdə məqsədi bütün atılan addımlara qarşı hücum etmək, hakimiyyəti gözdən salmaq üçün ancaq neqativə köklənmiş siyasi xətt yeritməkdir. Hansı ki, bu adamların mahiyyəti onların müdafiə etdiyi ideallara uduzur. İkincisi Vidadi İsgəndərli, Rafael Piriyev, Qalib Məmmədov və sair kimi psxi problemli, savadsız, tərbiyəsiz söyüş mexanizatorları. Hansı ki bu adamların başdan ayağa idbar qoxan təhqir hücumları nəinki siyasətin etikasına, heç normal insani keyfiyyətlərə də sığmır. Üçüncüsü isə, Məhəmməd Mirzəli, Tural Sadiqli və digərlərinin təmsil olunduğu qrup. Bu adamlar isə qrantlar, dilənçiliklə toplamağa çalışdıqları "ianələr" və iyrənc, aldadıcı başlıqlarla Yutubda gələn baxışa görə pul qazanmağa çalışırlar. Bunları birləşdirən tək "dəyər" isə dəyərsizlikdir.
Aydındır ki, geopolitik situasiyadan narahat olanlar, Azərbaycanın xarici müstəqil siyasət kursunu həzm etməyənlər, son zamanlar ölkə başçısı tərəfindən başlanan islahatlara kölgə salmaq istəyən erməni lobbiləri, Azərbaycan düşmənləri tərəfindən bu adamların internet tv və sosial media məcralarına dəstək olunur. Onlar Azərbaycan dövlətinə pəncə atmağa çalışan imperializm "qartalının caynaqları"dır və o caynaqda da qalacaqlar”.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm