Orban Avropa siyasətinə yön verməyə çalışır - ŞƏRH
10:20 09.07.2024
Siyasət
468
O, Avropada real işlər görən nadir liderlərdəndir
Macarıstanın Baş naziri Viktor Orban Pekində səfərdə olarkən sosial şəbəkədə yazıb ki, Çin Ukrayna münaqişəsinin nizamlanması üçün əsas ölkədir:
“Çin sülh üçün şərait yaratmaqda əsas gücdür. Buna görə də mən Budapeştə rəsmi səfərindən cəmi iki ay sonra Pekində Sədr Si Cinpinlə görüşməyə gəldim”.
Xatırladaq ki, Macarıstanın Baş naziri bundan əvvəl Kiyevə və Moskvaya səfər edərək Volodimir Zelenski və Vladimir Putinlə danışıqlar aparmışdı. O, Pekinə səfərini başa çatdıraraq oradan Vaşinqtona yola düşüb.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, Orban Rusiya-Ukrayna müharibəsinin həm Avropa Birliyi, həm də dünya miqyasında riskli bir hala gəldiyinin fərqindədir:
"Prosesin ən qısa zamanda həlli üçün real addımın atılmalı olduğunu da dəfələrlə deyib. Bir neçə gün öncə isə o, Moskvaya səfər etdi və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardı. Orban daha sonra TDT-nin sammitində iştirak üçün Şuşaya gəldi. Sammitdən sonra isə Macarıstanın Baş naziri Pekinə səfər etdi. Orbanın Avropa liderləri arasında xüsusi aktivlik göstərməsi, görünür, bəzi dairələri narahat edib. Ümumiyyətlə, hazırda Avropada İttifaqının ABŞ təsirindən çıxıb müstəqil bir blok kimi xarici siyasət yeritməsini dəstəkləyən qüvvələr var. Orban da bu qüvvələrdəndir. Lakin Vaşinqton AB üzvlərinin “qızıl qəfəsdən” azad olmasını istəmir. Cozep Borrelin etirazı əslində ABŞ-nin etirazıdır".
Ekspert əlavə edib ki, Tarixi aspektdən baxdıqda Macarıstan XVI əsrə, Osmanlı sultanı Qanuni Süleyman tərəfindən fəth edilənə qədər Avropada əsas aparıcı siyasi güc idi:
"Görünən odur ki, aradan keçən 500 il sonrası rəsmi Budapeşt Viktor Orbanın timsalında Avropa siyasətində yön verməyə və aparıcı güc olmağa qərarlıdır. Orbanın bu çətin missiyanın öhdəsindən gəlib-gəlməyəcəyini təbii ki, zaman göstərəcək. Amma bütün hallarda o, Avropada real işlər görən nadir liderlərdəndir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə