Özbəkistan Prezidenti Türkiyə liderini təbrik edib
Yusif Nəzərli
08:43 15.05.2023
Siyasət
483
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib, onu prezident və parlament seçkilərinin nəticələri münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, o, seçkilərin nəticələrinin Türkiyə liderinin islahatlarına xalq dəstəyindən xəbər verdiyini bildirib.
Qeyd edək ki, Türkiyə Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb. Ölkə daxilindəki seçki məntəqələrinin 99,4 faizinin nəticələri hesablanıb.
Türkiyə xaricindən daxil olan səslərin də 84.06 faizi hesablanıb.
Məlumata görə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,40 faiz səs toplayıb.
İkinci yerdə 44,96 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb.
"Ata İttifaqı”nın namizədi Sinan Oğana 5,2 faiz seçici səs verib.
Məmləkət Partiyasının sədri Məhərrəm İncə 0,44 faiz səs toplayıb.
Bizim Telegram kanalımıza abunə olun
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət
Səhhəti pisləşən Ermənistan Prezidentinin son durumu açıqlandı
14:42 23.07.2026
Region
Aİ "Google"u 890 milyon avro cərimələyib
14:40 23.07.2026
Gündəm