Parisin İrəvana ölümcül silahlar tədarükü... - Əmirbəyov
Yusif Nəzərli
07:00 29.12.2023
Siyasət
374
Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsinə dair məqalənin dərc edildiyi Fransanın “Le Monde” nəşrinə müsahibəsində deyib.
O qeyd edib ki, ikitərəfli münasibətlərdə müşahidə olunan gərginləşmənin səbəbi Fransanın Ermənistan-Azərbaycan qarşıdurması məsələsində tutduğu tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqedir:
“Artıq uzun müddətdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi və son zamanlar hərbi dəstək verən Fransa öz zərərli addımları ilə Bakı ilə İrəvan arasında sülhün əldə olunması perspektivlərini sarsıdır”.
“BMT Təhlükəsizlik Şurası, Avropa Birliyi (AB) və onun qurumları kimi müxtəlif beynəlxalq platformalarda açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini irəli sürmək cəhdləri təkcə Fransanın mümkün vasitəçi kimi onsuz da şübhəli olan nüfuzunu tamamilə sarsıtmayıb, həm də Bakının Fransanın aparıcı ölkələrdən biri olduğu AB-yə inamına ciddi zərbə vurub”, - o vurğulayıb.
E.Əmirbəyovun sözlərinə görə, Parisin İrəvana ölümcül silahlar tədarükü Cənubi Qafqaz regionunda təhlükəsizliyi, sabitliyi pozur, onu yeni hərbi münaqişələrə, mənasız silahlanma yarışına sövq edir və Ermənistanla Azərbaycan arasında sülhə nail olunması perspektivlərini süni surətdə ləngidir:
“Aydındır ki, Fransa tarixi ədaləti bərpa edən, Qarabağ və onun digər rayonlarını Ermənistanın 30 illik işğalından azad edən Azərbaycanın qələbəsini həzm edə bilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm