
Parlamentari: Şuşa Bəyannaməsi təkcə siyasi yox, iqtisadi inteqrasiyanın da yol xəritəsidir
Yusif Nəzərli
04:52 13.06.2025
Siyasət
328
Vüqar Bayramov: "Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi arteriyasına çevriləcək"
Tarixi ədaləti bərpa edən, dünyaya öz gücünü, qüdrətini nümayiş etdirən, Qələbə zirvəsinə çatan Azərbaycan indi Zəfər yolu ilə daha möhtəşəm nailiyyətlərə doğru irəliləyir, tarix yazmağa davam edir. Məhz Milli Qurtuluş Günündə - 15 iyun 2021-ci il tarixində dost, qardaş və tərəfdaş ölkə olan, İkinci Qarabağ müharibəsində Azərbaycana qətiyyətli mənəvi-siyasi dəstəyi ilə böyük Zəfərin qazanılmasında vacib rol oynayan Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması da bu möhtəşəm tarixin mühüm tərkib hissəsi, daha bir parlaq səhifəsidir. İyunun 15-də “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının 4 ili tamam olacaq. Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinə yeni məzmun verməklə yanaşı, ölkələrimizin birliyinin, ortaq iradəsinin, gücünün ifadəsi və yeni uğurlarının qarantıdır.
Millət vəkili Vüqar Bayramov Sherg.az-a deyib ki, Şuşa Bəyannaməsi hər iki ölkənin strateji münasibətlərinin daha da dərinləşməsi baxımından vacib idi. Deputatın sözlərinə görə, Bəyannamə uzunmüddətli dövrdə tərəflərin iqtisadi və siyasi əlaqələrinin inkişafında zəmin yaratmaqdadır:

"Bəyannamənin ən spesifik cəhətlərindən biri də milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır. Bu ölkələrin iqtisadi və ticarət diversifikasiyası ilə bağlı bir-birilərinə qarşılıqlı dəstəyin daha genişləndirilməsi anlamına gəlir. Qardaş ölkələr növbəti illərdə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaqda yeni imkanlar yaradır. Təbii ki, ölkələr arasında ticarət dövriyyəsinin daha da artırılması əsas hədəflərdəndir. 2024-cü ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard 130 milyon dollar olub. Bu rəqəm 2023-cü ildə 7 milyard 650 milyon dollar, 2022-cü ildə 5 milyard 842 milyon dollar və eləcə də 2021-ci ildə 4 milyard 661 milyon dollar olmuşdur. Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlə ifadə olunur".
Parlament üzvü qeyd edib ki, vacib istiqamətlərdən biri də məhz intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqidir: "Zəngəzur dəhlizi 2.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Bütövlükdə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaratmaqdadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya
Tramp BƏƏ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
20:26 18.08.2026
Gündəm