
Paşinyan 10 noyabr razılaşmasına əməl etməzsə... – AKTUAL ŞƏRH
Yusif Nəzərli
15:28 17.11.2021
Siyasət
730
“...Toqquşmalar olarsa, Ermənistan cəmiyyəti baş nazirə qarşı üsyana qalxa bilər. Həmin təqdirdə hakimiyyətdən gedə bilər"
İkinci Qarabağ savaşından sonra Ermənistan daxilində vəziyyət gərgin olaraq qalır. Az qala bütün sektorları iflic halda olan rəsmi İrəvanın keçmiş prezidenti Robert Köçəryanın rəhbəri olduğu müxalif “Ermənistan bloku” baş nazir Nikol Paşinyanı istefaya çağırıb.
Ölkə sakinlərinə müraciət edən blokun rəhbərliyi bildirib ki, Nikol Paşinyanın istefası üçün bütün qüvvələrin bir araya gəlməsi, ölkədə yeni hakimiyyətin formalaşdırılması tələb olunur.
Bəyanatda həmçinin qeyd edilib ki, Nikol Paşinyan hakimiyyəti insan qurbanlarına, parçalanmaya, xaosa gətirib çıxarır:
“Vəziyyətin tam həlli bu hakimiyyətin getməsindən ibarətdir. Nikol Paşinyanın istefasından sonra bütün qüvvələrin birləşməsi, yeni hökumətin formalaşdırılması, xarici və daxili problemlərin həlli siyasəti təmin edilməlidir”.

Məlum çağırışdan sonra Paşinyanın hakimiyyətdən gecəcəyinə dair fikirlər səslənir.
Məsələni şərh edən politoloq Məhəmməd Əsədullazadə isə “Sherg.az”a deyib ki, Paşinyan hakimiyyətdə qalacaq:
"Köçəryan son döyüşlərdən sonra xalqa çağırış edib. Paşinyan siyasəti davam etdirəcək. Müxalifətə meydana gəlib hakimiyyətə çıxmasına imkan verməyəcək. Rusiya müxalifəti dəstəkləyir, Köçəryana "stavka" edir.
Amma N.Paşinyan orduda təmizləmələr aparır. Ümumiyyətlə, bütün dövlət strukturlarına öz adamlarını yerləşdirir. Ona görə də, N.Paşinyanın devrilməsi mümkün deyil.
Əgər o Azərbaycanla 10 noyabr razılaşmalarını həyata keçirməzsə, toqquşmalar olarsa, əlbəttə ki, Ermənistan cəmiyyəti Paşinyana qarşı üsyana qalxa bilər. Həmin təqdirdə hakimiyyətdən gedə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya
Sumqayıt yenidən qara tüstüyə bürünüb - Ekoloqdan SOS
15:28 28.07.2026
Aktual
Minə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb
15:18 28.07.2026
Cəmiyyət
Suriyadan qayıdanlarla işləmək çox ağırdır - Ekspert
14:42 28.07.2026
Cəmiyyət
Quterreş Kiprlə bağlı xəbərdarlıq etdi
14:17 28.07.2026
Dünya
Aİ Ermənistan bazarını açmağa hazır deyil
14:03 28.07.2026
Gündəm