Özgür Özəldən Kılıçdaroğluna sərt cavab: “Həyatımda belə yalandan utanmamışam”

Türkiyənin Yeni Partiya sədri Özgür Özəl Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlunun İzmir Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Cemil Tuğayla bağlı açıqlamalarına sərt reaksiya verib.

Sherg.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Kılıçdaroğlu Tuğayın namizəd göstərilməməsi barədə əvvəllər Özələ xəbərdarlıq etdiyini bildirib.

Özgür Özəl isə bu iddianı təkzib edərək deyib: “Səlahiyyətlərin təhvil verilməsinə bir gün qalmış partiyanın sədri sən idin. Karşıyaka bələdiyyə sədrinin "beşli çete" ilə korrupsiya etdiyini bilirdinsə, niyə öz rəhbərliyin dövründə bununla bağlı tədbir görmədin? Sonra da səlahiyyətləri təhvil verərkən mənə ‘Karşıyaka bələdiyyə sədrini namizəd göstərmə’ dedin. Həyatımda bu qədər utandığım bir yalan eşitməmişdim”.

Özəl bu açıqlamanı 10 oktyabr 2015-ci ildə Ankarada dəmir yolu vağzalı qarşısında İŞİD-in törətdiyi terror aktının ildönümü ilə bağlı keçirilən anım mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən verib.

Qeyd edək ki, tədbirdə Özəl terror aktının insanlığa qarşı cinayət kimi tanınmasının və iş üzrə məhkəmə prosesinin bu hüquqi çərçivədə aparılmasının vacibliyini də vurğulayıb.