Perspektivsiz "birlik" - O, "masa" da bir müddətdən sonra dağılacaq - ŞƏRH
Fidan Həmişəyeva
12:07 06.11.2019
Siyasət
579
“Müsavat Partiyasında siyasi partiya rəhbərlərinin iştirakı ilə baş tutan "dəyirmi masa" mənasız bir toplantıdır”. Bu fikirləri Sherg.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, zaman-zaman müxalif qrupların müxtəlif adlar altında toplanması olub:
“Müxalif partiya rəhbərlərinin bu formatda toplanması ilk növbədə köhnə təfəkkürün məhsuludur. Əgər yenilik etsəydilər və həqiqətən də ortaya yeni arqumentlər, fikirlər qoysaydılar, deyərdik ki, onlardan nəsə gözləmək olar. Toplantıdakı iştirakçılara baxanda görürük ki, onların bəziləri həqiqətən də kənardan qrantlar vasitəsilə danışan, qrantları almaq istəyən partiya rəhbərləridir. Ümumilikdə götürəndə müxalifətin özünün də yenilənməyə ehtiyacı var. Köhnə təfəkkürdən və baxışdan uzaqlaşmaq lazımdır. 1980-ci illərin sonlarında Xalq Hərəkatı var idi, hər kəs azadlıq istəyirdi. Onlar indiki müxalifət kimi deyildilər. Həmin Hərəkatın özü əsl liderini tapdı, Ulu Öndər Heydər Əliyevin timsalında birləşib müstəqilliyini əldə etdi. Sözün əsl mənasında 1991-ci ildə Müstəqillik Aktını qəbul eləsək də, dövlət parçalanmaq ərəfəsində idi. Dövlət idarəçiliyində yeni forma tətbiq olunmamışdı, iqtisadi potensialımız yox idi, büdcə talan edilmişdi. Belə bir vəziyyətdə müstəqil dövləti yaşatmaq mümkün deyildi. Ona görə də 1993-cü ildə xalq yenidən ulu öndərə müraciət elədi və təklif edildi ki, Heydər Əliyev şərəfli missiyanı yerinə yetirsin və Azərbaycanı parçalanmaqdan xilas etsin. Ulu öndər xalqın gücünə arxalandı və müstəqil dövlətimiz hüquqi dövlət kimi formalaşmağa başladı”.
Baş redaktor qeyd edib ki, bu gün ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyət var:
“Kimlərsə bunu görmürsə və yaxud görmək istəmirsə, xaricdən gələn qrantlar vasitəsilə çağırışlar edirlərsə, onlara xatırlatmaq lazımdır ki, qrantlar hesabına dövlətimizə xəyanətkar mövqe tutmaq olmaz. Müxaliflik xalq və dövlətə qarşı olmamalıdır. Əgər həqiqətən də yeni arqument və fikir ortaya qoymaq istəyirlərsə, buyursunlar. Onlar hakimiyyətə qarşı müxalif ola bilərlər, Azəbaycan azad və demokratik dövlətdir. Amma onların mövqeyi sırf dövlətiçiliyimizə, xalqa qarşıdır. Ona görə də hesab edirəm ki, qrantlar vasitəsilə bu ideyaları ortaya atıb çağırışlar etmək istəyirlər.
Xalq bu gün öz prezidentini seçib. Azərbaycan Respublikasının Konstitutsiyasında hakimiyyətin mənbəyi xalqdır. Ona görə də bu günkü hakimiyyəti xalq seçib. Cənab Prezident bütün çıxışlarında qeyd edir ki, mən xalqıma arxalanıram, gördüyüm hər bir iş xalqımızın rifahına və dövlətimizin güclənməsinə xidmət edir. Ölkə başçısı bütün əməllərində də bunu göstərir. Hesab edirəm ki, müxalifətin bir araya gəlib hər hansı bir "dəyimi masa"da səsləndirdiyi fikirlər yalnız öz auditoriyaları üçün nəzərə alınan, özlərini gündəmə gətirmək üçün atılan addımlardır”.
Qeyd edək ki, dünən Müsavat Partiyasında siyasi partiya rəhbərlərinin iştirakı ilə baş tutan Dəyirmi Masa işini tamamlayıb. Toplantının yekunu olaraq tərəflər memorandum imzalayıb. Sənəddə qeyd olunur ki, “Dəyirmi Masa iştirakçıları: Arif Hacılı, Əli İnsanov, Əli Kərimli, İsa Qəmbər, Mehman Əliyev, Hikmət Hacızadə, Pənah Hüseyn Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu, Qarabağın işğaldan azad edilməsi və digər ümummilli məsələlərdə həmrəylik göstərərək, avtoritar rejimə qarşı mübarizədə funksional əməkdaşlıq barədə razılığa gəlir”.
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian
01:40 02.07.2026
Dünya
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm