
Politoloq: Azərbaycan sülh sazişi üçün hansısa beynəlxalq platforma seçmək niyyətində deyil
12:23 18.01.2024
Siyasət
577
Azərbaycan Rusiya platformasında sülh sazişi imzalamağa hazırdır və bu, faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğu hələ məlum deyil.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında deyib.
Lavrovun fikirlərinə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, Azərbaycan sülh sazişinin imzalanması üçün xüsusi olaraq hansısa beynəlxalq platforma seçmək niyyətində deyil:
"Əsas məsələ ondan ibarətdir ki, sülh sazişinin məzmunu beynəlxalq hüquq normalarına uyğun hazırlanmış olsun. Hər halda, rəsmi Bakı indiyə qədər sülh sazişinin müzakirə olunması üçün vasitəçilik edən bütün tərəflərin təşkil etdiyi görüşlərdə iştirak edib. Bununla da rəsmi Bakı yekun sülh sazişinin imzalanmasında maraqlı olduğunu təsdiqləyib. Ancaq son vaxtlar ABŞ, Avropa Birliyi və Fransa faktiki olaraq, Cənubi Qafqazda sülh prosesini pozmağa çalışır. Regional sülh prosesində öz geopolitik maraqlarını ön plana keçirirlər. Ədalətli vasitəçilik missiyasına bağlı beynəlxalq prinsiplərdən uzaqlaşıb, Ermənistanın himayədarı rolunda çıxış edirlər. Ona görə də, hazırda Azərbaycan ermənipərəst mövqe tutan ABŞ və Avropa Birliyinin vasitəçilik missiyasına güvənmir. Bu səbəbdən də Qərbin sülh prosesi üzrə təkliflərinə münasibətdə məsafəli davranır".

Ekspert vurğulayıb ki, Rusiyanın vasitəçilik missiyasına gəldikdə ABŞ və Qərbin təlimatlarını icra edən Ermənistan uzun müddətdən bəridir ki, Kremlin görüş keçirtmək təkliflərini boykot edir:
"Yəni, hazırda Rusiyanın regional sülh prosesindən kənarda qalması məhz Ermənistanın mövqeyi ilə bağlıdır. Rəsmi İrəvan ABŞ və Qərbin sifarişi ilə Rusiyanı sülh prosesində oyundankənar vəziyyətə salıb. Bütün bunları nəzərə aldıqda, Qərb və ya Rusiya platformalarında sülh sazişinin imzalanmasının mümkün ola biləcəyini indidən iddia etmək bir qədər çətindir. Rəsmi Bakı beynəlxalq hüquq normalarına uyğun təklif etdiyi beş prinsip əsasında istənilən platformada yekun sülh sazişini imzalamağa müsbət yanaşır. Ermənistan isə yalnız manipulyasiyalarla məşğuldur. Rəsmi İrəvan regional sülh prosesini məhz ABŞ və Qərbin geopolitik maraqlarının girovuna çevirib. Ona görə də, rəsmi Bakı hazırda ən optimal variant kimi birbaşa təmaslar və ikitərəfli müzakirələrlə sülh sazişinin hazırlanmasına üstünlük verir. Azərbaycan tərəfi hesab edir ki, sülh sazişinin imzalanması üçün beynəlxalq vasitəçilərə heç bir ehtiyac yoxdur. Çünki beynəlxalq vasitəçilər sülh prosesində yalnız öz geopolitik maraqlarını təmin etməyə çalışırlar. Bununla da əslində, sülh prosesini pozurlar. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması birbaşa təmaslarla, yəni beynəlxalq vasitəçilərin iştirakı olmadan da baş verə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region