Politoloq: Azərbaycan və Türkiyənin strateji müttəfiq olması Ermənistan ilə Yunanıstanı yaxınlaşdırır
10:15 10.01.2024
Siyasət
471
Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Ermənistana rəsmi səfər edib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, G.Gerapetritisin təyyarəsi Zvartnots hava limanına enib.
Yunan nazir səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
Daha sonra XİN rəhbərləri birgə mətbuat konfransı keçirəcəklər.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Turan Rzayev bildirib ki, Yunanıstan xarici işlər naziri Giorgos Gerapetritisinin səfəri öncədən planlaşdırılıb:
"Dövlətlərarası bu cür səfərlər hər zaman olubdur. İki ölkə arasında olan münasibətlər olduqca müsbətdir və müxtəlif sahələrdə geniştərkibli əlaqələr var. Qeyd etmək lazımdır ki, Yunanıstan və Ermənistan münasibətlərinin inkişaf tempi əvvəlki illərlə müqayisədə xüsusi nəzərə çarpır. Səfərin 44 günlük müharibəsi sonrası və Azərbaycan Ermənistan sülh prosesi çərçivəsində olduğu vaxtda baş tutması diqqət çəkir. Yunanıstan regional aktor deyil. Amma Azərbaycan və Türkiyənin strateji müttəfiq olması Ermənistan ilə Yunanıstanı bir-birinə yaxınlaşdırır. Yəni, bir növ "Düşmənimin düşməni mənim dostumdur" misalı üzərindən məsələyə yanaşırlar. Amma bu da bir reallıqdır ki, Yunanıstan ilə Türkiyə arasında münasibətlər müəyyən qədər istiləşməyə doğru gedir. Ancaq Yunanıstan ilə Türkiyə əlaqələri hər zaman nisbi xarakter daşıyıb. Yunanıstanın Qərbə güvənərək Türkiyəyə meydan oxuması iki ölkə arasındakı münasibətləri pisləşdirib. Buna görə də Yunanıstan Türkiyənin diplomatik münasibət qurmadığı və münasibətləri soyuq olan ölkələrlə daha çox yaxınlaşır. Ermənistan dövləti də belə ölkələrdən biridir. Amma indiki məqamda bu səfərin önəmli əhəmiyyəti yoxdur. Sadəcə olaraq Ermənistan və Yunanıstan münasibətlər ilə bağlıdır. Çünki Ermənista- Azərbaycan, Türkiyə-Ermənistan və Yunanıstan-Türkiyə münasibətləri normallaşmağa doğru gedir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə