
Politoloq: Sülh imzalanmasa Ermənistan ağır məğlubiyyətə düçar olacaq
10:05 16.01.2024
Siyasət
753
Nikol Paşinyanın Azərbaycanla silahlara qarşılıqlı nəzarəti nəzərdə tutan saziş imzalamaq təklifinin reallaşması, hesab edirəm ki, bu, mümkün deyil.
Bu sözləri erməni akademik Ruben Safrastyan deyib.
O bildirib ki, sadə bir həqiqəti başa düşməliyik - güc və zəiflik:
“Azərbaycan güclü, Ermənistan zəif tərəfdir. Bu reallıqdır. Bu yaxınlarda mötəbər mərkəzlərdən birinin müxtəlif ölkələrin silahlı qüvvələrinin reytinqi ilə bağlı təhlilləri dərc olunub. Bu reytinqdə 145 ölkə arasında Azərbaycan 59-cu, Ermənistan isə 102-ci yerdədir. Yəni Ermənistan silahlı qüvvələri Azərbaycandan 2 dəfə geri qalır və bu, 2024-cü ilin məlumatıdır. Bu reallıqdır. Buna əsaslanaraq, ilk növbədə böyük müharibədən qaçmaq lazımdır. Çünki vəziyyət düşündüyümüzdən də mürəkkəbdir”, - o bildirib
Ruben Safrastyanın sözlərini "Sherg.az" üçün dəyərləndirən politoloq Elçin Xalidbəyli söyləyib ki, Paşinyan hakimiyyəti mövcud reallıqları çox yaxşı bilir:
"Baş Nazir və onun yaxın ətrafında dəqiqliklə bilirlər ki, Ermənistan ordusu bu gün hansısa hərbi əməliyyatları aparmaq gücündə deyil. İstənilən silahlı toqquşma, qarşıdurma vəziyyətində Ermənistanı indiyə qədər olan məğlubiyyətlərdən daha ağır fəlakət gözləyir və onlar məğlubiyyətə məhkumdur. Ancaq rəsmi İrəvanın himayədarları olan bəzi qüvvələr Azərbaycanla sülh müqaviləsinin bağlanmasına qarşı çıxırlar. Onlar açıq şəkildə bunu bildirməsələr də Paşinyan hakimiyyəti üzərindən sülh sazişinin bağlanmasını hələ ki əngəlləməyi bacarırlar:

E. Xalidbəyli bu yaxınlarda Ermənistan Parlamentinin spikeri Alen Simonyanında açıqlamasında Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı müzakirələri ikitərəfli birbaşa təmaslarla aparmalarının daha doğru olduğunu söylədiyini xatırladıb:
"Çünki vasitəçilik edən tərəflərin öz maraqları var. Həmin maraqlar həm Azərbaycana, həm də Ermənistana təzyiq mexanizmlərinin qorunmasına şərait yaradır. Ermənistanda mövcud vəziyyəti tam dəqiqliyi ilə bilirlər. Hazırda sülh müqaviləsinin imzalanmasının Azərbaycandan daha çox Ermənistana lazım olduğu hər kəsə gün kimi aydındır. Sülh müqaviləsi nəticəsində Ermənistan nəqliyyat komnukasiya xəttlərinin açılması ilə blokadadan çıxmaqla inkişaf imkanları əldə edəcək. Ancaq Paşinyan hakimiyyəti Qərbin Ermənistandakı siyasi məhsulu olduğu üçün sülh sazişini imzalamağa cəsarət etmir. Çünki ABŞ, Fransa kimi rəsmi İrəvanın beynəlxalq himayədarları iki ölkə arasında sülh sazişinin imzalanmasında maraqlı deyillər. Bu səbəbdən də proses ləngiyir. Amma istənilən halda Ermənistan əvvəl-axır buna məcbur qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm