Prezident Bosniya və Herseqovinanın təhlükəsizlik nazirini qəbul edib
Yusif Nəzərli
08:18 11.04.2023
Siyasət
498
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi sahədə çox yaxşı səviyyədə olduğu bildirildi, əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olundu və bu əlaqələrin genişləndirilməsi üçün önəmli addımların atıldığı vurğulanıb.
Söhbət zamanı yüksək səviyyədə keçirilən görüşlərin münasibətlərimizin inkişafı və perspektivlərin müzakirəsi baxımından önəmi qeyd edilib, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin ölkəmizə səfərinin bu işə töhfə verəcəyinə ümidvarlıq ifadə edilib.
Görüşdə COVID-19 dövründə, həmçinin Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın göstərdiyi dəstək bir daha yüksək qiymətləndirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm