Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib
15:50 10.08.2025
Siyasət
451
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.
Sherg.az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan ilə BƏƏ arasında əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığı qeyd olunub. Dövlətimizin başçısının BƏƏ-yə sonuncu səfəri və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin önəmi vurğulanıb, bütün bunların regionda davamlı sülhün, sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyəti qeyd edilib. Bu nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolu yüksək qiymətləndirilib.
Dövlətimizin başçısı əldə olunmuş razılaşmalarda bu ilin iyul ayında Əbu-Dabidə Azərbaycanla Ermənistan arasında keçirilmiş ikitərəfli görüşün əhəmiyyətinə toxunub və buna görə Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana təşəkkürünü bildirib.
Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan əldə olunmuş nəticələr ilə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdırıb və bunun tarixi xarakter daşıdığını qeyd edib.
Telefon danışığı əsnasında Azərbaycan ilə BƏƏ arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edilib, qarşılıqlı sərmayələrlə bağlı fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media