
“Prezident MDB platformasında Azərbaycanın mövqeyini həm ifadə, həm də müdafiə etdi”
Yusif Nəzərli
09:38 16.10.2021
Siyasət
391
“MDB Dövlət başçılarının növbəti sammitində Prezident İlham Əliyev qalib dövlətin rəhbəri kimi qətiyyəti, məntiqli çıxışı ilə müharibədən sonra yaranmış vəziyyət və regionun gələcəyi ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdi”.
“Sherg.az” xəbər verir ki, bu barədə millət vəkili Könül Nurullayeva bildirib. Xanım parlamentari qeyd edib ki, eyni zamanda bu dəfə də Ali Baş Komandan prinsipiallıq və qətiyyətlə ölkəmizin mövqeyini müdafiə etdi. Münaqişənin artıq keçmişdə qaldığını bir daha bəyan edən prezident İlham Əliyev postmünaqişə dövrünün əsas problemlərini də diqqətə çatdırdı:

“Hazırda ərazilərin minalardan təmizləmə və dağıdılmış infrastrukturun bərpası, yenidən qurulmasının əsas məqsəd olduğu bildirildi. Ermənistanın məhz mina xəritələrini verməməsi səbəbindən 150-dən çox Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və ya ciddi xəsarət alıb. Ermənistan isə mina xəritələrini tam verməkdən imtina edir, verdiyi kiçik qism xəritələrin dəqiqliyi isə cəmi 25 faiz təşkil edir. Bu yanaşma bölgədə sülh və təhlükəsizliyə qarşı yönəlib.
Ermənistanın 30 illik işğal dövründə həmin ərazilərdə bütün infrastruktur, tarixi və dini abidələri dağıtması da MDB sammitində dövlət başçımız tərəfindən gündəmə gətirildi. Bu kontekstdə cənub qonşumuz İranın da Ermənistanla birlikdə bu prosesdə iştirak etdiyi diqqətə çatdırıldı. 67 məsciddən 65-inin dağıdılması, saxtalaşdırılması, qalanlarının isə tövlə məqsədilə istifadə edilməsi müsəlmanların heysiyyatını bilərəkdən təhqir etməkdir. Amma təəssüf ki, islam ölkəsi olan İran nəinki bu prosesə mane olub, əksinə iştirakçı olub”.
K.Nurullayevanın qənaətincə, təsadüfi deyil ki, Şuşada 17 məsciddən 16-sı dağıdılıb, biri isə tolerantlıq görüntüsü yaratmaq üçün İran mütəxəssislərinin iştirakı ilə bərpa edilib. Daha doğrusu, saxtalaşdırılıb. “Evlər, binalar kərpicinə kimi sökülərək Ermənistana və İrana satılıb:
“Bütün bunlar Ermənistanın vandallıq irsinin göstəricisidir” deyən dövlət başçımızın diqqət çəkdiyi ən vacib məqamlardan biri də vaxtilə işğal altında saxlanılan ərazilərimizdən narkotraffik məqsədilə istifadə olunmasıdır.
Prezident açıq şəkildə bəyan etdi ki, Azərbaycan Ermənistanla sərhədin 132 km-lik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana və daha sonra Avropaya gedən narkotrafik marşrutunun qarşısını alıb. Cari ildə İranla sərhədin digər hissələrində saxlanılan heroinin həcmi əvvəlki illərlə müqayisədə iki dəfə artıb. Bu isə göstərir ki, 30 il ərzində Ermənistan İranla əlbir olaraq işğal altında olan ərazilərdən Avropaya narkotrafik məqsədilə istifadə edib. Azərbaycan əvvəllər də həmin ərazilərin narkotrafik və terrorçu düşərgələri üçün istifadə olunduğunu dəfələrlə bildirib. Əslində bu fakt İranın son vaxtlar ölkəmizə qarşı qıcığının əsas səbəblərindən biridir. Yəni, İranın bütün davranışları İslam həmrəyliyi ilə ziddiyyət təşkil edir. Bu illər ərzində əksər müsəlman ölkələri Azərbaycana qarşı işğal siyasətinə görə Ermənistanla diplomatik münasibətlər qurmadığı halda cənub qonşumuz əksinə terrorçu dövlətin əlini gücləndirib”.
Milli Məclisin üzvü onu da əlavə edib ki, 44 günlük savaşdan sonra formalaşan yeni reallıqlar fonunda Ermənistanı revanşizmə həvəsləndirmək nəticə verməyəcək:
“Azərbaycan sülh prosesinə, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara hazırdır, bir şərtlə ki, qarşılıqlı şəkildə ərazi bütövlüyü tanınsın. Azərbaycan sülh razılaşması ilə bağlı danışıqlara, qalib ölkə kimi münasibətlərin normallaşmasına hazırdır. Dövlət baçımız MDB sammitindən də mövcud reallığın Ermənistanın son şansı olduğunu bir daha bəyan etdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya