
Prezidentdən qəti söz: Zəngəzurda xarici operator olmayacaq - TƏHLİL
Yusif Nəzərli
10:31 20.07.2025
Siyasət
384
"Zəngəzur dəhlizinin reallaşması mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacaq".
Bunu dövlət başçısı İlham Əliyev Şuşa Qlobal Media Forumu zamanı deyib. Dövlət başçısı qeyd edib ki, təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə gedəcək: "Bu, yük axınının həcminin artırılması üçün böyük perspektivlər açır".
Politoloq Zaur Məmmədov "Sherg.az"a deyib ki, qeyd edilənlərdən aydın olur ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizi ilə bağlı həm siyasi, həm texniki prosedurları həyata keçirib:

"Məsələnin hələ də həllini tapmamasının səbəbi Ermənistan baş naziri Nikol Paşinyanın müxtəlif səbəblərdən qərar verə bilməməsi ilə bağlıdır. Son zamanlar mövzu ətrafında geosiyasi rəqabətin açıq müstəviyə keçdiyini nəzərə alsaq, hazırda bu mövzuya diqqət həm qlobal dairələr, həm də qonşu dövlətlər tərəfindən artmaqdadır. Hətta təzyiqləri də müşahidə etməkdəyik. Məlumdur ki, ABŞ-nin yolu kurasiyaya götürməsi ilə bağlı bəzi xarici media orqanlarında məlumatlar paylaşılmaqdadır. Bu kontekstdə Prezident İlham Əliyevin ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibəti olduqca vacibdir. Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bu məsələyə toxunub. Dövlət başçısı bildirib ki, bu sual Ermənistan rəhbərliyinə ünvanlanmalıdır: “Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz”. Ölkə rəhbəri qeyd edib ki, Ermənistan çox şey edə bilər, onlar artıq Avropa İttifaqı müşahidəçilərini də sərhədə dəvət ediblər. Beləliklə, Azərbaycan lideri bir daha tam səmimi şəkildə Ermənistan ilə davam etməkdə olan danışıqlar və ölkəmizin yanaşmasını beynəlxalq dairələrin nəzərinə çatdırmış oldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya